"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlərin HESABATI

--2022-03-06 / 04:54

 Xəzər rayonu Zirə bələdiyyəsi tərəfindən

2021-ci ildə görülmüş işlər haqqında,

o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə

mülkiyyətinin istifadəsi haqqında

 HESABAT

 Hesabat dövründə hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Xəzər rayonu Zirə bələdiyyəsi tərəfindən 17 ümumi iclas keçirilərək 59 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

Geridə qoyduğumuz 2021-ci il ölkəmizin və xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qaldı. Dünya ictimaiyyətinin üzləşdiyi COViD-19 pandemiyası hazırda növbəti dalğası yaşanmaqdadır. Zirə bələdiyyəsi tərəfindən “Azərbaycan Respublikası COViD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.

2021-ci ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələr çoxdur. 2022-ci il şuşa ili elan edilmişdir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilir. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun icra şöbələrinə 1 şəxs barədə müraciət olunmuşdur. iş hal-hazırda məhkəmə baxışındadır.

Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Göstərilən 1609 vergi ödəyiciləridən hesabat dövründə _153_ ödəyici vergiyə cəlb olunmuşdur,(bunlardan 287 nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, 8 ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan birotaqlı mənzillər və  _34_ ədəd obyekt kimi)

2021-ci il ərzində bələdiyyə büdcəsinə _72496,20_manat gəlir daxil olmuş, xərclər  74257,20 manat təşkil etmişdir. 01.01.2021.ci il tarixə _2018,70_manat qalıq olmuşdur.

Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq icarəsindən və vergisindən-_55314,10_manat əmlak vergisindən- 12182,10 manat, dotasiyadan-_5000 manat daxil olmuşdur.

Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-_36030,00_manat, DSMF-_7302,00 manat, bələdiyyənin saxlanmasına- _22325,00_ manat , sosial yardımlar üzrə ödənişlər- 8600,00 manat, abadlıq, quruculuq təmir işlərinə 1500,00 manat xərclənmişdir.

ərazidə hesabat dövründə məhəllə yollarının təmirinə _1500_manat xərclənmişdir.

Xəzər rayon Zirə bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.

Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş _189_müraciət qeyd edilən məsələlərə aid olub:

Arayışların verilməsi (vergi borcların olub-olmaması,

torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.)                                                         27     

Maddi yardım                                                                                                                    29      

Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna arayışlar                                          49     

Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s                                                       84 Müraciətlərin __189__ müsbət həll olunub            

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş _103_məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyədə “qaynar xətt” də (telefon 456-84-94) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyədə hesabat dövründə  51 vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən  34 nəfər.

Hesabat ili ərzində qəsəbə ərazisindən məişət tullantıları gündəlik olaraq yığılmış və daşınmışdır.

Qəsəbə ərazisində əkilmiş ağaclara mütəmadi olaraq qulluq edilmişdir.

“20 Yanvar” şəhidinin qəbirinin ətrafı otlardan təmizlənmiş və döşəmə ağardılmışdır.

Bələdiyyə tərəfindən “20 Yanvar” şəhid ailəsi əskərova Dilşad əli qızına, “20 Yanvar” əlilləri Rzayev Elxan islam oğluna və Məmmədov Sahib Xanəhməd oğluna maddi köməklik göstərilmişdir.

Koronavirus pandemiyasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ilə bağlı Zirə bələdiyyəsi tərəfindən qəsəbə ərazisində müvafiq tədbirlər görülmüş və sakinlər arasında maarifləndirmə işləri aparılmışdır. Qəsəbə sakinlərinin qoruyucu vasitələrdən istifadə edilməsi və sosial məsafə saxlanılması ilə bağlı təbliğat işləri aparılmışdır. Qəsəbədəki mağazalarda və digər obyektlərdə karantin rejiminə əməl olunması ilə bağlı monitorinqlər keçirilmişdir. Covid-19 virusuna yoluxmuş sakinlərlə mütəmadi olaraq telefon əlaqəsi saxlanılmış, onların vəziyyəti ilə maraqlanılmış, evdə qalmaları və qaydalara əməl etmələrinə nəzarət olunmuşdur.

Zirə qəsəbə sakinləri arasında və qəsəbədəki müəssisələrdə çalışanların koronovirusa qarşı peyvənd vurulması ilə əlaqədar maarifləndirmə və təbliğat işləri aparılmışdır.

44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı ordusunun qələbəsinə həsr edilmiş məktəblilərin bilik müsabiqəsi keçirilmişdir. Müsabiqədə 289 məktəbli iştirak etmiş, onlardan yer tutmuş 17 nəfər şagird diplom və hədiyyə ilə, digərləri isə təşəkkürnamə ilə təltif edilmişdir.                                                                                                                                                                                            Bələdiyyənin sosial proqramına əsasən 8 imkansız ailəyə maddi köməklik göstərilmişdir. Bundan başqa bəzi aztəminatlı ailələrə ərzaq yardımı göstərilmişdir.

Zirə qəsəbəsində qəbiristanlığın divarları boyu 380 ədəd gül tənəkləri əkilmişdir.

Aprel ayı ərzində 6 dayanacaq rənglənmişdir. 1941-1945 müharibəsi iştirakçılarına həsr edilmiş abidə rənglənmişdir. Həmin parkda eyni zamanda oturacaqlar, işıq fənərlərinin gövdələri rənglənmişdir. Neftçi əbdülhəsən Babayevin adına ucaldılmış büst rənglənib, ətrafı otlardan təmizlənmişdir.

Vətən müharibəsi şəhidi Rzayev Vüqar Rauf oğlunun anası Sara Rzayevanın şifahi müraciəti əsasında yaşadığı evin həyətində tikinti işləri ilə əlaqədar 400 ədəd mişar daşı alınıb verilmişdir.

Valideyn himayəsindən məhrum olan, xəstə və aztəminatlı ailələrin övladlarına köməklik məqsədilə Azərbaycan Uşaq Fonduna maliyyə dəstəyi göstərilmişdir.

Qəbiristanlıqda 120 kvadrat metrlik kölgəlik inşa etdirilmişdir. Bundan başqa otaqların divarları rənglənmişdir. Qəbiristanlıqda işıqlandırma quraşdırılmış və bardürlər arasında 100-dən çox qızılgül əkilmişdir.

şəhidlərin məzarlarının ətrafı abadlaşdırılmışdır.

Ramazan ayında 20 aztəminatlı ailəyə ərzaq köməkliyi göstərilmişdir.

Qəsəbədaxili asfalt küşələrin təmiri həyata keçirilmişdir.

Zirə qəsəbə qəbiristanlığında tikilmiş kölgəliyin daş örtüyü vurulmuşdur. Tikintidə 840 ədəd plete, 2 maşın mişar daşı tozu, 50 litr rəng istifadə olunmuşdur.

“Qurban” bayramı ilə əlaqədar 7 baş qurbanlıq qoyun kəsilib, 150 aztəminatlı ailəyə 1 kq qədərində ət paylanmışdır.

I Vətən müharibəsində şəhid olmuş Zirə sakini Məlikov Fərmail ismayıl oğlunun xatirə lövhəsi yaşayış evinin divarına vurulmuşdur.

27.09.2021-ci il tarixdə 1100-da Vətən müharibəsinin ildönümü ilə əlaqədar Zirə qəsəbə qəbiristanlığında qəsəbənin şəhid məzarları ziyarət olunmaqla anım mərasimi keçirilmişdir.

31.07.2021-ci il tarixdə saat 2030-da Zirə Cümə məscidinin həyətində (açıq havada) Vətən müharibəsi iştirakçılarının sakinlərlə görüşünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Bakı kəndlərindən dəvət olunan şəxslər də iştirak etmişlər.

Zirə bələdiyyəsi və Xəzər RiH başçısının Zirə qəsəbəsi üzrə nümayəndəliyinin binası ilə üzbə-üz yolun kənarında 70 ədəd gül kolu əkilmişdir.

Zirə bələdiyyəsinin nümayəndələri 21.09.2021-ci ildə Avropa ittifaqının Litva və Avstriyadan olan müvafiq təşkilatların tərəfdaşları ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlərt Komitəsi tərəfindən “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin gücləndirilməsi” adlı layihə tədbirində iştirak etmişlər.

Zirə bələdiyyəsinin binasında sıradan çıxmış kondisioner və kombi yenisi ilə əvəz olunmuşdur.

15.10.2021-ci il tarixdə qəbiristanlıqda 50 ədəd gül əkilmişdir.

06.11.2021-ci il tarixdə II Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə ərzaq yardımı göstərilmişdir.

07.11.2021-ci il tarixdə II Vətən müharibəsi qaziləri ilə görüş keçirilib və onların ailələrinə üzvlərinə ərzaq yardımı göstərilmişdir.

8 Noyabr “Zəfər Günü” Zirə qəsəbəsindən olan Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunmuş və ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül çələngləri qoyulmuşdur.

Zirə qəsəbəsində 50 imkansız ailəyə yardım məqsədilə hər biri 2 kq çəkisində ət payı verilmişdir.

Xəzər rayon Zirə bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara illik hesabatı elan, bülleten, internet saytı və.s vasitələrlə çatdırır.

  Xəzər rayon Zirə bələdiyyəsi 

 

 

ŞƏRHLƏR