"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsi yeni layihəyə start verib

--2022-03-11 / 06:07

Xəzər rayonu Zirə bələdiyyəsi də qəsəbə ərazisində ağacların əhənglənməsi, qəsəbə ərazisindəki ağacların budanmasına işində fəal iştirak edir. Zirə bələdiyyəsi tərəfindən alınmış əhəng qəsəbədə magistral yolun kənarlarındakı və Zirə qəbiristanlığındakı ağacların gövdələrinin ağardılması nəzərdə tutulub. Görüləcək işlərin Novruz bayramı ərəfələrində başa çatdırılması planlaşdırılır.

Yaz fəslinin yaxınlaşması ilə əlaqədar olaraq əkilmiş ağaclara daha çox diqqət yetirilməsi, onların suvarılması, lazımsız budaqların kəsilməsi, eyni zamanda gövdələrinin əhənglənməsi ağacların inkişafını sürətləndirən amillərdəndir.

Ağacların əhənglənməsi onların gələcək inkişafları üçün müsbət cəhətləridən biridir. əhəng ağacların qabığını yaz-yay fəsillərində günəş şüalarından, qışda isə şaxtalı havalardan qoruyur.

Xəzər rayonu Zirə bələdiyyəsi

ŞƏRHLƏR