"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsində tədbir keçirilib

--2018-11-26 / 18:33

Bu gün Xəzər rayonu Zirə bələdiyyəsində “Qadınlar arasında kiçik sahibkarlığın inkişafı” mövzusunda tədbir keçirilib. iclas BMT-nin numayəndəsi olan Gülarə Hümbatovanın moderatorluğu ilə baş tutub. Görüşdə Qadın sahibkarlığına dəstəklə bağlı imkanlar müzakirə olunub. Bu barədə məlumatı Zirə bələdiyyəsi yayıb.

Tədbirdə iştirak edən bir sıra qəsəbə sakini öz biznes planları barədə çıxış ediblər.

Tədbiriştiakçılarının təqdim etditi bəzi layihələr BMT-nin nümayəndəsi tərəfindən bəyənilib

iclasda qəsəbədə fitnes klubun, elektron kitabxananın, dərzi sexinin, toxuculuq və müxtəlif əl işləri sexinin açılması təklifi irəli sürülüb.

Çıxış edənlər Pakizə Hüseynova, Cəvahir Ağayeva, Nuranə Hüseynova, Məlikova Xəyalə, Qasımzadə Ellada, Heybətova Pərvin, Ağamalıyeva şəfa,Abdullayeva Dilarə bu tədbirin təşkilatçılarıəna təşəkkürlərini bildirməklə mövzu ətrafınba öz təklif və fikirlərini bildiriblər.

Belediyye.info

ŞƏRHLƏR