"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsindən daha bir nəcib addım

--2018-09-13 / 15:11

Xəzər rayonu Zirə bələdiyyəsinin sədri Anar Hüseynlinin Belediyye.infoya verdiyi məlumata görə, qəsəbə sakini olan şəhid Teymurovların ailəsinin bələdiyyəyə müraciətinə bu günlərdə bələdiyyə iclasında baxılıb.

Müraciətdə şəhid Teymurov Nadir Seyir rza oğlununu məzarüstü abidəsinin yararsiz vəziyyətə düşdüyündən onun yenisiylə əvəzlənməsi xahiş olunurdu.

Sədrin təklifi ilə məsələyə baxılaraq müsbət qərar verilmiş və az vaxt ərzində məzarüstü abidənin dəyişdirilməsi həyata keçirilmişdir.

Ağ mərmər qranitdən hazırlanan məzarüstü abidə bugünlərdə ailə üzvlərinin iştirakıyla dəyişdirilmişdir.

Belediyye.info

ŞƏRHLƏR