"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsinin təşəbbüsü ilə Bakıda yeni marşrut xətti istifadəyə verilib

--2018-07-09 / 12:53

Zirə–Mərdəkan qəsəbələri istiqamətində başlanğıc dayanacaq məntəqəsi Zirə qəsəbəsi (ə.Babayev küçəsi, məscid), son dayanacaq məntəqəsi isə Mərdəkan qəsəbəsi (S.Yesenin küçəsi 106) olmaqla 152 nömrəli müntəzəm marşrut xətti fəaliyyətə başlayıb.

Belediyye.info AZəRTACa istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, yeni marşrut xəttinin təşkil edilməsi ilə bağlı qərar, sakinlər adından Xəzər rayonu Zirə bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla qəbul edilib. 

Marşrut xətti boyunca Yol Hərəkətinin Təşkili şöbəsi tərəfindən əraziyə baxış keçirilib və zəruri dayanacaq məntəqələrinin yerləri müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, Heydər əliyev Fondu tərəfindən Zirə bələdiyyəsinə hədiyyə edilən iki ədəd avtobusda bu marşruta əhaliyə xidmət üçün icarəyə verilib. Bununla da bələdiyyə həm sakinlərə göstərilən xidmətin səviyyəsini artırmaq istəyir, həmdə büdcəsinə əlavə maliyyə vəsatiti cəlb etmək niyyətindədir.

Belediyye.info

 

ŞƏRHLƏR