"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ziya Məmmədov şəhid atasına avtomobil bağışladı

--2015-11-17 / 11:24

Bu barədə məlumatı Belediyye.infoya Neftçala şəhərindən olan şəhid atası Baloğlan Ağamalıyev verib. Onun sözlərinə görə, “Neftçala şəhərində qəbul keçirən zaman nəqliyyat naziri Ziya Məmmədovla görüşüb oğlum Azərbaycanın Milli Qəhrəmanı Rövşən Ağamalıyevin həyat yolundan danışdım. Problemlərimlə maraqlandı.  Cənab prezident ilham əliyevin daim qayğısını hiss etdiyimi, Neftçala şəhərinə hər gəlişində bizim ailə üzvlərimizlə görüşdüyünü dedim. indi nəqliyyatla bağlı çətinliyimin olduğunu dilə gətirmişdim ki sözümü yarıda kəsdi.

Nəticədə elə qəbuldaca  “Reno Logan” markalı avtomobil bağışlayacağını bildirdi.

Hazırda avtomobili veriblər. Hətta sənədləşdiriblər də. Sizin sayt vasitəsiylə cənab prezident ilham əliyevə şəhid ailələrinə daim qayğı və diqqət göstərdiyinə görə təşəkkürümü bildirirəm.”

Xatırladaq ki,  Baloğlan Ağamalıyev uzun illər Neftçala şəhər bələdiyyəsinin üzvü olub. 1999-2009-cu illərdə bələdiyyənin komissiya sədri olan Baloğlan Ağamalıyev hazırda rayon Ağsaqqallar şurasının üzvüdür.

Belediyye.info

P.S. Yaxın günlərdə oxucularımıza Azərbaycanın Milli Qəhrəmanı Rövşən Ağamalıyev haqqında geniş yazı təqdim edəcəyik

 

ŞƏRHLƏR