"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“700 min ağac əkək" kampaniyası Nərimanov rayonunda davam etdirilib

--2018-01-25 / 08:03

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən “700 min ağac əkək" kampaniyası çərçivəsində əhməd Rəcəbli küçəsi 54 ünvanında yerləşən yaşıllıq zolağında növbəti aksiya həyata keçirilib. Bu barədə məlumati YAP-ın Nərimanov təşkilatı yayıb.

"700 min ağac əkək" kampaniyası çərçivəsində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirilən ağacəkmə aksiyasında YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, təşkilatın əməkdaşları və fəal gənclər iştirak etmişlər.

Aksiyada 150-dən çox şam və müxtəlif növ digər ağac və kollar əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Partiya üzvlərinin sayına müvafiq olaraq 700 mindən artıq ağac və bəzək bitkisinin əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşə zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq.

Belediyye.info

ŞƏRHLƏR