“ASAN könüllüləri”nin növbəti 12-ci qrupu Binəqədi Rayon icra Hakimiyyətində təcrübə keçməyə başlayıb. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
“ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon icra Hakimiyyətində təcrübə keçməyə başlayan 12-ci qrupun üzvləri ilə görüş keçirilib.
Könüllü gənclər ilk Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası, Heydər əliyev adına istirahət parkı, Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə tanış oldular və onlara Rayon Icra Hakimiyyətinin, eləcə də 1646 – Telefon Xidmətinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verildi.
Daha sonra könüllülər Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva ilə görüşərək öz istəklərinə əsasən peşə istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülərək Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladılar.
Belediyye.info