Binəqədi sakinlərinə xidmət edən “Sakinlərin Müraciət Xidməti– 1646″-nın yaranmasından 3 il ötür. Bu barədə Binəqədi RiH məlumat yayıb. Məlumatda deyilir ki, bu gün onların günü və bayramıdır. 3 il böyük zaman deyil, amma görülən iş, sakin məmnunluğu bu xidmətin uğurundan xəbər verir:
- “Sakinlərin Müraciət Xidməti– 1646″ -nın bütün kollektivini olmaqla təbrik edir və şərəfli işlərinizdə sizlərə uğurlar diləyirik!
Məlumat üçün bildirək ki, Binəqədi Rayon icra Hakimiyyətində 6 fevral 2013-cü il tarixindən Rayon icra Hakimiyyəti başçısının Sərəncamı ilə “Sakinlərin Müraciət Xidməti– 1646″ (SMX–1646) istifadəyə verilmişdir. Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət–vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir.
Belediyye.info