Zakatala rayon Muxax bələdiyyəsinin sədri Valeh Abdullayevin Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyənin mülkiyyətində olan 20 hektarlıq "Selbasan" fındıq bağında 2016-cı ilin fındıq məhsulunun yığımına başlanılıb.
Sədrin sözlərinə görə, fındıq yığımı Muxax kənd sakinlərindən ibarət briqada şəklində təşkil edilərək yığılır. Fındıq məhsulu bu il əvvəlki illərə nisbətdə az olsa da, calışırıq ki, məhsulun itkisiz yığılmasına nail olaq.
Qeyd edək ki, bələdiyyə iclasının qərarına əsasən qurumuş və sıradan çıxmış ağacların yerinə cari ilin payız-qış aylarında yeni fındıq topalarının əkilməsinə başlanılacaq. Bununla da bağın məhsuldarlığı artırmaqla yanaşı bələdiyyə büdcəsinə daxil olan vəsaitin həcmi artacaqdır.
Belediyye.info
|
|
|
|
|
|