"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

 Assosiasiyaların təəssüflərlə dolu fəaliyyəti

--2020-06-09 / 05:56

BiR DAHA BəLəDiYYə ASSOSiASiYALARI HAQQINDA

Son aylarda tez-tez bələdiyyə assosiasiyalarının fəaliyyətinə həsr olunan mövzulara, özü də bir çox hallarda tənqidi formada   toxunmağımın əsas səbəbi əsasən ətalət basmış bir qurumu hərəkətə gətirməkdən ibarətdir.

Müşahidə və təhlillərimiz göstərir ki, bu üç assosiasiya bələdiyyə cameəsində de-fakto təşəbbüskar olmayan, bələdiyyələrin fəaliyyətinin istər mediada, istərsə də bələdiyyələr arasında təbliğinə sanki maraq göstərməyən, qabaqcıl bələdiyyə təcrübəsini paylaşmağa hünəri çatmayan, beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasında müəyyən maraqlara xidmət göstərən bir orqan kimi özünü tanıdıb. Elə fikir yaranıb ki, sanki bu qurumda çalışanlar sərbəst fikir söyləməkdə çətinlik çəkirlər. Halbuki orda çalışan əksər insanların bələdiyyə sahəsində zəngin elmi və praktik təcrübəsi vardır.

Etiraf etməliyik ki, ötən müddət ərzində assosiasiyanın əsas layihəsi kimi yalnız BAMS (bələdiyyələrin avtomatlaşdırılımı məlumat sistemi) adlandırılan bir sistemin yaradılmasını hesab etmək olar. əslində belə bir məsuliyyətli və ağır bir işin QHT olaraq assosiasiyaya tapşırılması məsələsi də müzakirə mövzusu ola bilər.

Bununla yanaşı Baltikyanı ölkələrdə, Rusiya və Türkiyədə formalaşdırılan eyniadlı qurumlarla əlaqələrin qurulmasını da müsbət addımlar sırasına aid etmək lazımdır. Ancaq bir çox hallarda qarşılıqlı səfərlərin təşkilindəki ciddi nöqsanlar bu işlərin həm əhəmiyyətini, həm də çəkisini yerli bələdiyyə cameəsində aşağı saldığını da qeyd etməliyəm. Və təəssüflə qeyd etməliyəm ki, assosiasiya ildə maksimum iki dəfə yüksək səviyyəli məkanlarda tədbir təşkil etməklə, on il ərzində eyni ssenari ilə hesabat yığıncağını keçirməklə və bu tədbirlərə yalnız bir tv və bir agentlik dəvət etməklə işini bitmiş hesab etməsi də təəsüf doğurur.    

Bu arada qeyd edim ki, bütün yazı və mülahizələrimi nöqtə və vergulünədək oxuyub yüksək “ötürücülüq” qabiliyyətinə malik olan bəzi “dostlarım”ın, əgər belə demək mümkündürsə, özlərini sanki heç nə olmamış kimi göstərmələri də adamda acı bir gülüş doğurur....

Nə isə mətləbdən uzaqlaşmayaq.

əslində bələdiyyə assosiasiyaları təsis ediləndə əsas fəaliyyəti məhz təmsil olundugu qurumların problemlərini çözmək, fəaliyyətlərini təbliğ etmək, beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmaq, əldə edilən uğurları paylaşmaq və təcrübə mübadiləsi etmək, yenilikləri və kreativ ideyaları tətbiq etmək olub.

Hiss etmək olar ki, təəsüflərlə dolu fəaliyyətlə məşğul olan bir qurumdan bələdiyyələrimiz bu gün daha heç nə gözləmirlər. Çünki koronovirusla mübarizədə yaranmış çətin sınaq günlərində assosiasiya rəsmilərinin heç bir addım atmaması, atmış olsalar da belə nəticənin olmaması hər kəs də yenə təəssüf doğurmaqla bu qurumlara olan inam və etibarı şübhə altına alımış oldu.

***

Sonda bir məqama da toxumaq istərdim. Belə ki, biz bu günlərdə sosial media üzərindən dostlara bələdiyyə assosiasyalarının birləşdirilməsinə münasibət bildirməyi xahiş etmişdim. Qeyd edilən bəzi rəy və təklifləri diqqətə çatdırmaq istərdim:

-“Hər üçünü birləşdirmək lazımdır. Assosasiya dediyiniz qurum 3-5 bələdiyyənin bir araya gəlib təsis etdiyi təşkilatdır. istədiyiniz zaman (əsasnaməsinin 3.8-ci maddəsi) tərk edə biləcəyiniz bir quruluşdur....”

- “Bunlar məncə lazımsız bir qurumdur”

- “Assosasiya deyilən bir qurumun bələdiyyələrə bir orqan kimi hansı əhəmiyyətli köməyi var?”

-“Bələdiyyələrin milli assosiasiyası nəyə lazımdır ki?...nəynən bələdiyyələrə köməklik göstəriblər. Nəyə lazımdır üç assosiasiya, heç olmasa biri olsa bəsdi”

- “O, üç assosasiyaların varlığı ilə yoxluğu bilinmir.”

Bu fikirlərin hər birinin müəllifinin məhz bələdiyyə ilə bağlı olması nəticə etibarıylə assosiasiyalarmızın fəaliyyətinin təkmilləşdirlməsinə, onları hansısa düşmən axtarışına çıxarmağa yox, əslində hərəkətə gətirməlidir.

Bugün cəmiyyətimizin özünətənqid ruhuna kökləndiyi bir vaxtda, ölkə başçısının hər bir vətəndaşın sağlamlığınının keşiyində dayandığı və vətəndaşın maddi-rifah halının yaxşılaşdırılması istiqmətində addımlar atdığı, cəmiyyətin bütün sahələrin inkişafına çalışdığı bir vaxtda bələdiyyələrimizə bir növ lobbiçilik edən bir qurumda çalışanlarda ölkə başçısının bu hərəkətindən nəticə çıxarmaqla hərəkətə keçməli və fəaliyyətlərində dönüş yaratmalıdırlar.

Və üzvlük haqqı aldıqları bələdiyyələrə faəliyyətləriylə dəstək olmalıdırlar.

Birmənalı olaraq....

Vüqar Tofiqli

ŞƏRHLƏR