"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

 Gədəbəy bələdiyyələri 300 manatlıq mehmanxana rüsümu toplaya biliblər

--2019-07-03 / 15:31

Gədəbəy rayonunda formalaşan 20 bələdiyyənin əldə etdikləri maliyyə vəsaitinin həcmi 235.100 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 3 faiz azalma deməkdir. əldə edilən vəsaitin isə 30.5 bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəsindən daxil olub. Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Gədəbəy bələdiyyələri ötən il ərzində 43.800 manatlıq əmlak vergisi, 57.100 manatlıq torpaq vergisi,300 manatlıq mehmanxana rüsumu toplaya biliblər.

il ərzində mədən vergisindən, dayanacaqlardan bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Maraqlıdr ki, Gədəbəy bələdiyyələri il ərzində torpaq vergisini həcmini 239.5 faiz artırıa biliblər.

Qeyd edək ki, il ərzində 49.300 manat dövlət tərəfindən dotasiya ayrııb.

2017-ci ildə bələdiyyələrin əldə etdikləri vəsaitin həcmi 241.600 manat olmuşdu.

Maraqlı məqam ondadır ki, Gədəbəy bələdiyyələri əldə etdikləri qazancın 74.1 faizini, yəni 173.300 manatını yerli özünidarə orqanlarının saxlanmasına xərcləyiblər.

Belediyye.info

ŞƏRHLƏR