"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

 Muxax bələdiyyəsi daha bir layihəyə yekun vurdu

--2021-04-26 / 15:19

Zakatala rayonu Muxax bələdiyyəsi daha bir vacib olan layihəni başa catdırmışdır. Bələdiyyənin qərarı əsasında Zəyəm kəndi ərazisində qazılıb başa catan subarteziyanın vətəndaşlari icməli su ilə təmin edilməsi üçün 10 tonluq su cəni və altlıq hissəsinin tam hazırlanaraq yerinə qoyulmasını təmin etmişdir.

əlavə edək ki, Muxax bələdiyyəsi ərazisində Zəyəm kəndində yeni subarteziyan vurulan ərazidə əvvəllər subarteziyan olmuşdur. istifadə olunurdu. Kəndin yuxarı hissəsində idi. 2012-ci ildə Zaqatalada baş vermiş zəlzələdən sonra tam qurumuşdur. əhalinin icməli suya olan ehtiyacını nəzərə alaraq Zaqatala RiH-nın təşəbbüsü ilə Zəyəm kəndinə icməli su üçün subarteziyanın qazılmasına nail olunmuşdur. Bu xeyirxah işə bələdiyyə də qoşulmuş, subarteziyanın yanına 10 tonluq su cəni və altlıq hissəsinin hazırlayaraq qoyulmasını təmin etmişdir. Artıq layihə tam başa catmışdır. Bu işdə əməyi olan hər bir vətəndaşımıza təşəkkür edirik.

Bələdiyyə rəhbərliyi bundan sonra da ərazidə vacib olan layihələrin icrasını təmin edəcəkdir. Xeyirli uğurlu olsun.

Zakatala rayonu Muxax bələdiyyəsi

ŞƏRHLƏR