Sabunçu rayonu Ramana bələdiyyəsinin sədri intizar Rzayevanın Belediyye.infoya verdiyi məlumata görə, qəsəbə sakinlərinin müraciəti bu günlərdə bələdiyyə iclasında müzakirə edilərək növbəti layihənin icrasına start verilib. Bələdiyyənin daxili imkanları hesabına həyata keçirilən layihə çərçivəsində hazırda Ramana qəsəbəsinin Həsən bəy Zərdabi küçəsi və Baba Babazadə küçələrinə 1900/kv m asfalt örtüyü salınmışdır.
Sədrin məlumatına görə, qəsəbənin mərkəzi küçələri artrıq neçə müddət idi ki, yağış sularının hesabına yararsız vəziyətə düşmüşdü. Buhəmdə həmin ərazidə məktəbyaşlı uşaqların hərəkətində maneə yaradırdı.
i.Rzayeva daha sonra bildirib ki, bu günlərdə təsdiq edilən növbəti ilin büdcəsində qəsəbə daxilindəki yolların abadlaşdırılması nəzərdə tutulub.
Belediyye.info
|
|
|
|
|
|
|