Azərbaycan Respublikası Milli Məclisin Gənclər və idman Komitəsinin və Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə 44 şəhər, qəsəbə və kənd bələdiyyəsinin gənclərdən ibarət təmsilçilərinin iştirakı ilə “Yerli özünüidarəetmədə gənclərin rolu” mövzusunda videokonfrans təşkil edilmişdir.
Azərbaycan Respublikası Milli Məclisin Gənclər və idman Komitəsinin sədr müavini şahin ismayılov, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov konfransın açılışında tədbirin keçirilməsinin zərurətini və bələdiyyələrin fəaliyyəti zamanı gənc bələdiyyə üzvləri üçün yaradılmış geniş imkanları qeyd etdilər.
Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman Komitəsinin sədr müavini şahin ismayılov, Azərbaycan Respublikası Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin üzvü Fatma Yıldırım, Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov, Azərbaycan Respublikasının ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisinin müavini Fazil Məmmədov ölkə başçısı cənab ilham əliyevin respublikamızda apardığı çoxsahəli gənclər siyasətindən, həmçinin bələdiyyə üzvlərinin qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələrinin gənclər tərəfindən daha səmərəli yerinə yetirilməsinin vacibliyindən danışdılar və praktiki təkliflər verdilər.
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Gənclərin inkişaf və Karyera Mərkəzinin direktoru Rəvanə Həşimova təmsil olunduqları qurumların fəaliyyəti barədə danışdılar və gələcəkdə yerli özünüidarəetmə sahəsində çalışan gənc bələdiyyə üzvlərinin yeni reallaşacaq layihələrdə iştirakları ilə bağlı təkliflərini bildirdilər.
Daha sonra mövzu üzrə müzakirələr aparıldı, videokonfrans iştirakçılarının sualları və təklifləri Milli Məclisin üzvləri, Bələdiyyələrlə iş Mərkəzinin Gənclər Təşkilatlarının və Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələri tərəfindən cavablandırıldı.
Bildirildi ki, bu silsilədən olan tədbirlər müntəzəm olaraq davam etdiriləcəkdir.
Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları
|
|
|
|