Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə fevral ayının 27-də Astara rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilmişdir. Bu barədə Lənkəran regional ədliyyə idarəsi məlumat yayıb.
Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin böyük məsləhətçisi əvəz Bədəlov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Qəbristanlıqların salınması, idarə olunması, köçürülməsi sahəsində bələdiyyələrin hüququ və vəzifələri” mövzusunda məruzə edib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.