Quba rayonu Zərdabi bələdiyyəsinin sədri Vüqar şirinov ölkəmizdə "bələdiyyə günü"nün təsis edilməsini zəruri hesab edir. Bu bayram elə adlandırılmalıdır ki, həm bələdiyyə üzvlərinə, həm də bələdiyyyə qulluqçularına aid olsun.
Sədrin sözlərinə görə, sadəcə bu günün tarixini müzakirə edərək, "Bələdiyyə günü" kimi qeyd olunsa hər bir bələdiyyə sistemiylə bağlı olan insanların ürəyincə olardı:
“Həm də bu bayram fərqli bir bayramdır, yəni digər peşə bayramlarından fərqi də o olardı ki, yeganə özünü idarəedən təşkilatdır. Digər qurumlar və təşkilatlar kimi, bələdiyyələr dövlət hesabına maliyyələşmir, özü-özünü maliyyələşdirir. əslində bələdiyyə sistemi yeganə fədakar bir sistemdir. Ona görə də "Bələdiyyə günü" mütləq qeyd olunmalıdır.”
Belediyye.info