"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“1 milyonluq büdcəsi olan bələdiyyənin belə bağçası yoxdur”

--2023-02-15 / 11:26

“Xırdalan bələdiyyəsi 700 min manatdan artıq vəsait toplayıb. Bəzi şəhər bələdiyyələrinin büdcəsi 1 milyona çatıb. Bu, çox yaxşı haldır. Lakin bəzi kənd bələdiyyələrinin heç 10 min manat vəsaiti yoxdur”.

Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki,  yığılan vəsaitlər lazımi işlərə, əhalinin sosial qayğılarına, bələdiyyələrin saxlanmasına ayrılmalıdır: “Bələdiyyələr bağçalar açmalıdır. Düşünürəm ki, 2-3 bələdiyyə yığışıb öz ərazilərində bağça tikə bilər. insanların buna ehtiyacı var. Digər tərəfdən minimum xidmət haqlarını qarşılamaqla özəl bağçalar yarada bilərlər. insanlar digər özəl bağçalara nə qədər pul tökür. 1600-dən çox bələdiyyənin hələ bir dənə bağçası yoxdur. Bu, düşündürücü məsələdir”.

Zaur Mirzə

https://qafqazinfo.az/news/detail/1-milyonluq-budcesi-olan-belediyyenin-bele-bagcasi-yoxdur-391634

 

 

 
 
 
ŞƏRHLƏR