31 Mart – Azərbaycanlıların soyqırımı, tariximizin qan yaddaşı günüdür. 20 - ci əsr Azərbaycan xalqının həyatında istər əsrin əvvəllərində, istərsə də, sonunda faciə və soyqırımla başa çatdı. 31 Mart - soyqırımına çoxdan hazırlaşan ermənilər və onların başçıları bu faciəni Bakıda, Qubada, şamaxıda, Qarabağda və digər yerlərdə həyata keçirdilər. Xəbis niyyətli erməni silahlı dəstələri 1918 – ci ilin martında Azərbaycan xalqına qarşı yenidən soyqırım törətdilər. Martın 31 – də Bakıda təşkil olunmuş kütləvi qırğında 12 min azərbaycanlı qətlə yetirilmişdi. O vaxt Soqırımın qarşısını almaq üçün köməyə gələn Türk ordusunun bir çoxu döyüşlərdə həlak oldular. 123 nömrəli tam orta məktəbin həyətində şəhid olmuş 2 türk əsgərinin xatirəsinə ithaf olunmuş “Abidə kompleksi”nin önündə hər il rayon tədbiri keçirilir.
31.03.2017-ci il tarixində Xəzər rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə qəsəbədə yerləşən H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nün 99-cu ildönümünə həsr olunmuş rayon tədbiri keçirildi.
Tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzərək türk əsgərlərin ruhuna öz ehtiramlarını bildirdilər.
Tədbirdə Xəzər rayon icra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov, Millət Vəkili Rauf əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq əhmədov, Daxili Qoşunların Ali Hərbi məktəbin rəisi General-mayor ilqar Məmmədovun başçılığı ilə hərbi məktəbin şəxsi heyəti, Milli Qəhrəmanı intiqam Atakişiyev, məktəbin müəllim və şagirdləri, eləcə də rayon ictimaiyyəti iştirak edirdilər
şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri giriş sözü ilə açan rayon icra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov hər il mart ayının 31-də ölkəmizdə dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini və Respubublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da “ 31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş bir neçə silsilə tədbirlər keçirildiyini vurğuladı.
Millət Vəkili Rauf əliyev Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya, qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən, bu məsələdə dövlətin davamlı dəstəyindən danışdı.
Daha sonra YAP Xəzər rayon təşkilatının sədri Namiq əhmədov, rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Daxili Qoşunların Ali Hərbi məktəbin rəisi General-mayor ilqar Məmmədov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı intiqam Atakişiyev çıxış etdilər.
Sonda natiqlər bu Soyqırıma əsl hüquqi-siyasi qiyməti isə, Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra, 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər əliyevin imzaladığı "Azərbaycanlıların Soyqırımı haqqında" Fərmanı ilə erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olduğunu vurğuladılar.
Beeldiyye.info
|
|
|
|