"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Aprel şəhidi”nin anım günü qeyd edilib

--2018-01-15 / 18:11

Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin dəstəyi və təşkilatçılığı  ilə  qəsəbədə “Aprel döyüşləri”ndə şəhid olmuş Fəxrəddin Qurbanlının anım günü qeyd edilib.

Tədbirdə çıxış edən bələdiyyə sədri Aytac əliyeva  bildirib ki, “şəhidlər hər zaman ən ali məqam, ən uca zirvə kimi qürur mənbəyimizdir. Məhz onların canı və qanı hesabına biz bu gün yaşayırıq,”

Tədbirdə 179 saylı məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş edilib.

Sonda bələdiyyə sədri tədbirin məkan baxımından keçirilməsində göstərdiyi köməyə görə Binəqədi Gənclər və idman idarəsinə və rəhbərliyinə təşəkkür edib.

Belediyye.info

ŞƏRHLƏR