sorğu
Binəqədi Rayon icra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 11-ci qrupun üzvləri ilə görüş keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər əliyev adına istirahət parkı, Binəqədi RiH başçısı Aparatının inzibati binası ilə tanış olmuşlar və onlara ətraflı məlumat verilib.
Sonra gənclər öz istəklərinə əsasən peşə istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülərək Binəqədi RiH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamışdırlar.
Belediyye.info