Binəqədi Rayon icra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 9-cu qrupunun üzvləri ilə görüş keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər əliyev adına istirahət parkı, Binəqədi RiH başçısı Aparatının inzibati binası ilə tanış olmuşlar və onlara ətraflı məlumat verilib.
Məlumat zamanı gənclərin könüllük peşəsini şərəflə , məsuliyyətlə icra etdikləri müsbət şəkildə qiymətləndirilmiş və məhz Binəqədi rayon icra Hakimiyyətini seçdikləri üçün gənclərə təşəkkür edilib. Sonra gənclər Binəqədi RiH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamış, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülüblər.
Belediyye.info