Binəqədi Rayon icra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 10-cu qrupunun üzvləri ilə görüş keçirilmişdir. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər əliyev adına istirahət parkı, Binəqədi RiH başçısı Aparatının inzibati binası ilə tanış olmuşlar və onlara ətraflı məlumat verilmişdir.
Tanışlıqdan sonra könüllü gəncləri Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva qəbul etmiş, gənclərin könüllü olaraq məhz Binəqədi rayon icra Hakimiyyətini seçməsini sevdirici hal olaraq vurğulamış və onlara bu işdə uğurlar diləyibdir.
Sonra gənclər Binəqədi RiH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamış, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülmüşlər.
Belediyye.info