Kolumbiyada keçirilən BMT-nin Dövlət Xidmətləri üzrə Forumunda Azərbaycanı Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri inam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri üzrə Forumu keçirilir.
Tədbirin məqsədi ənənəvi olaraq Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Günü kimi qeyd edilən 23-26 iyun tarixində xüsusi təşkil olunan dövlət xidmətlərinin göstərilməsi üzrə ən uğurlu modellərin təqdim edilməsidir. Toplantıya Birləşmiş Millətlər Təşkilatının üzv-dövlətlərinin yüksək dövlət və hökumət nümayəndələrinin rəhbərlik etdiyi heyətlər qatılıb.
Bu ilki forumda dünyanın müxtəlif ölkələrindən gələn 700-ə qədər insan iştirak edir. Bir çox dövlətlərin tətbiq etdikləri innovasiyalar təqdim edilir. Mən çox şadam ki, Azərbaycan da bu forumda iştirak edir və “ASAN xidmət”i BMT-nin 2015-ci ildə Dövlət Xidmətləri Mükafatına layiq görülüb.
Forumun açılış mərasimində Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri inam Kərimov Azərbaycan Respublikasının Prezidenti ilham əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Agentliyin sədri bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər, həmçinin “ASAN xidmət”in hüquqi-formal xüsusiyyətləri və dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması baxımından uğurlu və nümunəvi model olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, son iki ildə “ASAN” xidmət mərkəzlərində 5 milyona yaxın vətəndaşın müraciətləri tam şəkildə təmin edilib.
Biz sizin ölkənizlə müxtəlif innovasiyalar və elektron hökuməti sahəsində birgə çalışmışıq. Çox sevindirici haldır ki, Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzi digər ölkələr üçün də bir model kimi istifadə oluna bilər. Xüsusi olaraq qeyd etmək istərdim ki, ucqar rayonlarda yaşayan insanların da müraciətlərini təmin etmək üçün Asan xidmət avtobuslarının təşkil edilməsi təcrübəsi çox böyük imkanlar yaradır.
Digər çıxış edənlər gələcəkdə müxtəlif dövlətlər arasında əməkdaşlıq və işgüzar əlaqələri davam etdirmək, həmçinin qabaqcıl təcrübənin, innovativ üsulların tətbiqinin vacibliyi barədə fikir mübadiləsi aparıblar.
Bir çox ölkələr Azərbaycanda fəaliyyət göstərən ASAN xidmətindən çox uzaqdadır. Bu xidmət çox mobildir və tez bir zaman ərzində vətəndaşların müraciətləri təmin edilir. Yaşadığı yerdən asılı olmayaraq, heç bir kəs diqqətdən kənarda qalmır. Mən əminliklə deyirəm ki, bu qabaqcıl təcrübədən öz ölkəmdə də istifadə edəcəm.
Forum öz işini iyunun 26-na qədər davam edəcək