“Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində təşkil olunan bu günkü konfrans bələdiyyə fəaliyyətinin demokratik prinsiplər əsasında qurulması, onların fəaliyyətində vətəndaş iştirakçılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Milli qanunvericilik aktlarımızda da yerli özünüidarə yerli əhəmiyyətli məsələlərin müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək üçün vətandaşların fəaliyyətinin təşkili sistemi kimi təsbit edilmişdir. Bu baxımdan vətəndaşların bələdiyyənin fəaliyyətində iştirakının təmin edilməsi, fəaliyyətimizin əsas istiqamətlərinin vətəndaşların qarşılaşdığı problemlərin həlli ilə bağlı verdikləri təklif və müraciətlər əsasında müəyyənləşdirilməsi səmərəli fəaliyyətimiz üçün zəmin yaradan əsas şərtdir. Sakinlərimizi narahat edən problemlərin öyrənilməsi, bu problemlərin daha tez və sakinlərin mənafeyinə uyğun həll etmək üçün bələdiyyə - vətəndaş münasibətlərini inkişaf etdirmək, sakinlərimizi bələdiyyənin gündəlik fəaliyyətinə cəlb etmək , onlarla daha intensiv görüşlər keçirmək, bir sozlə daima sakinlərlin yanında olmaq və onların gündəlik qayğıları ilə yaşamaq lazımdır. Ona görə də ölkə bələdiyyələrinin ərazisində Yerli Demokratiya Həftəsinin hər il təşkil olunması müstəsna əhəmiyyətə malikdir.
Məlumat üçün bildirirəm ki, şirvan bələdiyyəsi olaraq Milli Assosiasiyaların tövsiyyələri əsasında hər il keçirdiyimiz “Azərbaycanda Yerli Demokratiya Həftəsi” tədbirlərin imkanlarından daha səmərəli istifadə etməyə çalışmışıq.
Təkçə keçən il Həftə çərçivəsində vətəndaşlarla keçirilən 6 görüşdə 1728 nəfər iştirak etmiş, 216 nəfər isə bələdiyyə sədri və üzvləri tərəfindən qəbul olunmuş, onları narahat edən məsələlər müzakirə olunmuşdur. Həftə ərzində daxil olan müraciətlər sonrakı fəaliyyətimizin əsas istiqamətini təşkil etmiş və ötən müddət ərzində onların həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Belə ki, şəhərin L-nt ibrahimov küçəsi boyunca şəhərin mərkəzində olan dəmir yolu xəttinin üzərindən keçən 5 piyada keçidi əsaslı təmir olunmuş, köhnə şəhər yaşayış massivində yaşayan seçicilərimizin çoxsaylı müraciəti əsasında şəhərin i.Qayıbov adına parkında əsaslı təmir işləri aparılmışdır.
Bağ evi və 23-cü yaşayış massivində keçirilən görüşlərdə sakinlər tərəfindən irəli sürülən təkliflərlər əsasında F. Xoyski küçısi təmir edilmiş, “ şəhidlər Xiyabanı” və 1941-1945-ci illər abidəsi təmir- bərpa işləri aparılmış, ətraf ərazi tam abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir.
Məhəllə komitələrinin müraciəti əsasında isə M.ə.Rəsulzadə prospekti 17, 17/1,17/2 saylı binaların qarşısındakı məhəllədə yerləşən xeyr-şər evi təmir edimiş və müvafiq ləvazimatlarla təchiz edilmişdir.
şəhər qəbristanlığında şəhid əliyev Kamil Famil oğlunun, şəhid Rəsulov Məhəmməd Rəsul oğlunun və naməlum əsgərin məzarlarının qəbrüstü daşları bərpa edilmişdir.
Eyni zamanda məlum aprel döyüşləri zamanı şəhid olmuş ərəbli Rahil Rafiq oğlunun şəhidlər Xiyabanında məzarının qədrüstü abidəsi qurulmuş, şəhid ibadov Rahil israil oğlunun baralyefi yenisi ilə əvəz olunmuşdur.
Bununla yanaşı Bələdiyyə tərəfindən 3 (üç) şəhid ailəsi və 5 nəfər sakinə yaşadıqları evin təmiri və tikintisinə onların istəyinə uyğun olan tikinti materialları ilə köməklik olunmuşdur.
Yuxarıda sadaladığım abadlıq-quruculuq və sosial yönümlü tədbirlər bilavasitə sakinlərimizin sosial sifarişi əsasında həyata keçirilmişdir. Bələdiyyəmiz fəaliyyətə başladığı ilk gündən işini inzibati ərazidə yaşayan sakinlərlə əlaqəli şəkildə qurmağa və onları bələdiyyənin fəaliyyətinə cəlb etməyə çalışmış, bunnla da yerli özünüidarənin təşkilində və həyata keçirilməsində vətəndaş iştirakçılığını həmişə prioritet məsələ hesab etmişdir. Fəaliyyət planımız sakinlərin sosial sifarişləri ilə bağlı daxil olan müracətlər əsasında tərtib olunur. ictimai xidmətlərin ünvanlı olması üçün yerli əhalinin istək və arzularının nəzərə alınmasını vacib şərt kimi qiymətləndiririk. Bu məqsədlə bələdiyyənin inzibati ərazizində yaratdığımız məhəllə komitələrinin imkanlarından maksimum istifadə edirik. Bələdiyyəmizin maliyyə-iqtisadi əsasını təşkil edən yerli vergi və ödənişlərin yığılması və eyni zamanda məhəllələrdə yaşayan və sosial qayğıya ehtiyacı olan sakinlərin müəyyənləşdirilməsi, həmçinin məhəllələrdə aparılan abadlıq- quruculuq işləri biləvasitə məhəllə sakinlərini təmsil edən məhəllə komitələri üzvlərinin iştirakı və birgə fəaliyyəti əsasında həyata keçirilir. Biz inzibati ərazidə məhəllə komitələrinin yradlmasına və onların işinin təşkilinə xüsusi önəm veririk. Çünki məhəllə komitələri vətəndaşların bələdiyyəmizin işində iştirakını təmin edən, vətəndaş - bələdiyyə əlaqələrini reallaşdıran ən evvektif bir ictimai qurumdur. Bələdiyyə sədrlərinin II Ümumrespublika Toplantısında da məhz bələdiyyələrin məhəllə komitələri ilə bağlı məsələnin mahiyyətində vətəndaş-bələdiyyə əlaqələrinin möhkəmlənməsi yolu ilə yerli idarəçilikdə vətəndaş fəallığının artırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir.
Ona görə də biz məhəllə komitələrinin yaradılması istiqamətində məqsədyönlü tədbirlərimizi davam etdirərək bələdiyyəmizin bütün inzibati ərazisini əhatə edən 18 məhəllə komitəsi yaratmışıq. Bələdiyyə ilə sakinlər arasında əlaqələndiriçi rolunu oynayan məhəllə komitələri fəaliyyətimizin bütün istiqamətlərində real iştirakçıya çevrilmişlər.
Oktyabrın 30-dən başlanmış bu ilki Dmokratiya Həftəsinində də Məhəllə komitələrinin iştirakı ilə əhalinin bütün sosial təbəqələrinin görüşlərə cəlb edilməsi nəzərdə tutulur. Həftə ilə bağlı hazırlıq tədbirləri artıq başa şatmış və sakinlərlə görüşlərin keçirilməsinə start verilmişdir. Tədbirlər planında qapalı yelərdə və aşıq məkanlarda, yaşayış məhəllələrində, ümumilikdə 6 görüşün keçirilməsi planlaşdırılmışdır.
Yerli Demokratiya Həftəsi ilə əlaqədar şirvan Bələdiyyəsində “5-26-62” nömrəli “Qaynar xətt” telefonu müəyyənləşdirilmiş, Həftə ərzində “Açıq Qapı” günləri elan edilmiş, şəhərin müxtəlif yerlərində “ Bələdiyyə Poçtu” qutuları asılmışdır.
Görüşlərin vaxtı və yeri barədə Bələdiyyənin binasının qarşısında və əhalinin sıx toplaşdığı ərazilərdə elanlar və “Yerli Demokratiya Həftəsi”ndə fəal iştirak edək”, “Bələdiyyə-Vətəndaş, Vətəndaş-Bələdiyyə əlaqələrini möhkəmləndirək” şüarlarını özündə əks etdirən transparantlar yerləşdirilməlidir.
Həftə çərçivəsində artıq tərəfimizdən 2 görüş keçirilmişdir. ilk görüşümüz şirvan bələdiyyəsinin inzibati binasında , 2-cü görüş isə şəhər Mədəniyyət Mərkəzində təşkil olunmuşdur. Görüşlərdə 156 nəfər sakin iştirak etmiş, bələdiyyədə 55 nəfər qəbul edilmiş, “Qaynar xətt” telefonu ilə 12 nəfərin müraciəti qeydə alınmışdır.
Görüşlərin formal xarakter daşımamasına, bələdiyyə ərazisində olan mövcud problemlər barədə açıq müzakirələrin aparılmasına, vətəndaşlara fikirlərini sərbəst söyləmək üçün müvafiq şəraitin yaradılmasına, onlarla qarşılıqlı dialoqun və səmimi söhbətin aparılmasına çalışmışıq. Ötən dövr ərzində bələdiyyənin fəaliyyəti barədə sakinlərə ətraflı hesabat verilmiş, qarşıda duran vəzifələr onların diqqətinə çatdırılmışdır. Görüşlərdə vətəndaşlarımızın irəli sürdüyü hər bir arzu, təklif və müraciət qeydə alınmalıdır. Keçirilmiş və keçiriləcək görüşlərdə irəli sürülmüş təkliflər diqqətlə öyrəniləcək, vətəndaşları ən çox narahat edən məsələlər müəyyənləşdirilərək onların həlli üçün müvafiq tədbirlər görüləcəkdər.
Hesab edirəm ki, Həftə ərzində keçiriləcək tədbirlər vətəndaşların marifləndirilməsinə, bələdiyyə-vətəndaş münasibətlərinin inkişafına, onların bələdiyyənin işində daha fəal iştirak etməysinə öz müsbət təsirini göstərəcək, nəticə etibarı ilə fəaliyyəttimizin şəffaf, düzgün və səmərəli qurulmasında bizə yardımçı olacaqdır.
Kürdoğlu Muradov
(Məqalə “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusundaCəlilabad şəhərində keçiriləcək Konfransda şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradovun məruzəsi əsasında hazırlanıb.)