sorğu
Qafqaz Müsəlmanları idarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli bu gün Cümə xütbəsində Azərbaycanın irandakı səfirliyinə qanlı hücumla bağlı münasibət bildirib.
O, söyləyib ki, bu gün səhər saatlarında Tehrandakı səfirliyimizdə baş verən terror hadisəsi məni bir azərbaycanlı kimi dərindən sarsıtdı: “Baş verən terror hadisəsində şəhid olan soydaşımıza Uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Baş verən hadisə açıq-aşkar bir müsəlman ölkəsinin səfirliyinə qarşı terrordur və mütləq iran dövləti həmin terrorçuları cəzalandırmalıdır”.