"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyə” idman klubu Masallıdan yeddi medalla qayıdıb

--2017-10-18 / 13:04

Astara Bələdiyyəsinin yaratdığı "Bələdiyyə "idman klubunun idmançıları Masallıda keçirilən qaydasız döyüşün Budo idman növü üzrə turnirdə iştirak ediblər.  Bu bardədə məlumatı  Astara bələdiyyəsi yayıb.

Astaraya 7 meddalla qayıdan idmançılarımız bələdiyyə sədri Aygül Məmmədova  tərəfindən qəbul edilib.

Regionda ən güclü klublardan olan “Bələdiyyə” idman klubunun baş məşqçisi dünya Çempionu Ramiq Rəhmanov uğurlarının davamı olacağını vəd edərək verdiyi dəstəyə görə Astara Bələdiyyəsinin sədri Aygül Məmmədovaya təşəkkür edib.

əlavə olaraq qeyd edək ki, Bələdiyyə idman klubu 2015-ci ildə Astara bələdiyyəsinin sədri Aygül Məmmədova tərəfindən təsis edilmiş və həmin klubun yaradılmasında məqsəd gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və gənc idmançılara dəstək verilməsi məqsədi daşıyır.

2 il ərzində 50-dən çox medal qazanan idmançılar bir çox respublika və beynəlxalq tədbirlərdə çıxış ediblər. əvvəllər çayxana və internet klub kimi fəaliyyət göstərən “Bələdiyyə evi” Aygül Məmmədova tərəfindən idmançıların ixtiyarına verilmiş və hazırda “Bələdiyyə” klubu kimi fəaliyyət göstərir.

Belediyye.info

ŞƏRHLƏR