"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyə” təşəbbüs qrupu imzatoplamanı nə vaxt başa çatdıracaq?

--2016-08-10 / 21:04

 ““Bələdiyyə”  təşəbbüs qrupunun imzatoplama kampaniyası uğurla davam edir”-bu məlumat  Belediyye.infoya təşəbbüs qrupundan daxil olub.

Məlumatda bildirilir ki, təşəbbüs qrupu sənədlərini MSK-ya təqdim etdikdən sonra   təşəbbüs qrupu kimi qeydiyyatdan keçməsi üçün qanuna müvafiq qaydada 40 min nəfərin imzası tələb olunur.

MSK-nın Referendumla baglı  təqvim planına uyğun olaraq 22 avqust saat 18 00 - dək imzalar təsdiq edilməsi üçün MSK-ya təqdim edilməlidir.

Təşəbbüs qrupundan o da bildirilib ki,  qrupun fəalları yaxın günlərdə imzatoplamanı başa çatdırmaq niyyətindədirlər.

Belediyye.info

ŞƏRHLƏR