"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyə” təşəbbüs qrupu seçici imzalarını MSK-ya təqdim etdi

--2016-08-17 / 11:02

Cari ilin entyabrın 26-a təyin olunan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün  “Bələdiyyə” təşəbbüs qrupunun imzatoplama kampaniyası başa çatıb.  Bu barədə  Belediyye.infoya təşviqat qrupundan məlumat verilib.

 Məlumata görə,  müvafiq olaraq seçki dairələrini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 50 minə yaxın  çox seçici imzası toplanıb.

 “Bələdiyyə” təşəbbüs qrupu referendum üzrə eyni adlı təşviqat qrupunun qeydə alınması üçün tələb olunan seçici imzalarını Seçki Məcəlləsinin 57, 65, 66 və 68-ci maddələrinın tələblərinə və Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qəbul edilən təlimata müvafiq olaraq tələb edilən sənədlərlə birlikdə MSK-ya təqdim edib.

Qeyd edək ki,  qanunvericiliyə uyğun olaraq  “Bələdiyyə” təşəbbüs qrupunun müraciətinə yeddi gün ərzində MSK- nın  iclasında baxılaraq müvafiq qərar veriləcəkdir.

 Belediyye.info

ŞƏRHLƏR