“Bələdiyyə” təşviqat qrupunun üzvləri əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirmişdir.
Tədbiri giriş sözü ilə açan “Bələdiyyə” təşviqat qrupunun üzvü Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin sədri ixtiyar Nəcəfov Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə əlaqədar 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Ümumxalq səsverməsinə (Referendum) gedən hazırlıqdan danışaraq qeyd etdi ki, Azərbaycan Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib və Konstitusiyada dəyişiklik 2 dəfə: 24 avqust 2002-ci ildə və 18 mart 2009-cu ildə referendum yolu ilə həyata keçirilmişdir. Ötən müddət ərzində ölkəmiz inkişaf etmiş, yeni, daha çevik idarəetmə mexanizminin, iqtisadi və ictimai münasibətlərin təkmilləşdirilməsi zərurəti yaranmışdır.
Bu səbəbdən də əsas qanunumuz olan Konstitusiyada müəyyən dəyişiklik və əlavələrin edilməsi vacibdir .
Təklif olunan dəyişikliklər Azərbaycanın sürətli inkişafına, iqtisadi qüdrətinin artmasına, dünya dövlətləri sırasında daha da irəliləməsinə və xalqımızın firavan gələcəyinə əsaslı zəmin yaradır.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı əmir əliyev bildirdi ki, Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələr iqtisadi sahədə çevik və effektiv idarəetmə müxanizminin tətbiqi, ictimai münasibətlərin tənzimlənməsi və həyatımızın digər sahələrində islahatların həyata keçirilməsi üçün çox vacibdir.
Dövrü olaraq dövlətlərin hüquqi bazasında, əsas qanunu olan konstitusiyada dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, insan hüquq və azadlıqlarının daha da yüksək səviyyədə təmin olunması üçün dəyişiklik edilir.
Ümumiyyətlə, zamanı yetişdikcə Konstitusiya islahatlarının aparılması zəruridir. Bu baxımından bizim əsas qanunumuz olan Konstitusiyada dəyişiklik və əlavələrin olunması məqsədi ilə keçiriləcək referendumun böyük əhəmiyyət daşıyır. Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev qavunvericilik təşəbbüsü hüququndan yararlanaraq iyul ayının 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə sərəncam imzalamışdır.
Tədbirdə çıxış edən əmircan Bələdiyyəsinin sədr müavini Fəridə Bünyatova, Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilova, əmircan bələdiyyəsinin üzvü Cəmilə Ağayeva bildirdilər ki, həyata keçirilən müstəqil siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib və dünyanın aparıcı dövlətləri və təşkilatları tərəfindən Azərbaycan Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırılır. Artıq ölkəmizdə inkişafın Azərbaycan modeli yaranmış və iqtisadi islahatlar uğurla həyata keçirilir və Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir. Təqdim olunan müddəaların səsvermə nəticəsində qəbul edilməsi ölkəmizin ali sənədinin təkmilləşdirilməsinə, respublikanın inkişafına, daha səmərəli idarə olunmasına öz töhfəsini verəcəyinə əmin olduğumuzu bildirərək hamını səsvermədə fəal olmağa səsləyirik.
Qaraçuxur Bələdiyyəsinin üzvü Eldar Mirzəliyev rayonun gəncləri adından çıxış edərək qeyd etdi ki, təklif olunan dəyişikliklər Azərbaycan gəncliyinin inkişafına müsbət təsir göstərəcək, ölkəmizdə gənclərə fəaliyyətləri üçün yaranmış imkanları daha da genişləndirəcək.
Çıxış edənlər bütün seçiciləri ölkə başçısı ilə, həmişə olduğu kimi bu dəfə də, həmrəyliyini nümayiş etdirərək ümumxalq səsverməsində fəal iştirak etməyə və təklif olunan dəyişikliklərə “Hə” deməyə çağırdılar.
Belediyye.info
|
|
|
|
|
|
|
|