Bu gün “Bələdiyyə həyatı” qəzetinin növbəti 321-cu sayı işıq üzü görüb. Qəzetin bu sayında prezident tərəfindən təsdiq edilən rəsmi sənədlər, millət vəkillərinin və bələdiyyə sədrlərinin açıqlamaları yer alıb. “Bələdiyyə həyatı”nın bu sayında ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadənin açıqlaması, habelə Nəsimi, Xızı və Rəsulzadə bələdiyyələrinin fəaliyyəti haqqında diqqəti çəkən məqamlara yer verilib.
Qəzetin bu sayında şəmkir Regional ədliyyə şöbəsinin məsləhətçisi Taryel Qəhrəmanovun “Korrupsiya ilə mübarizədə hər birimizin üzərinə böyük məsuliyyət düşür” məqaləsi də dərc edilib.
Oxucularımız qəzetin bu sayında bələdiyyə sahəsindən bəhs edən digər maraqlı məlumatlarla da tanış ola bilərlər.
Qeyd edək ki, qəzet abunə yolu ilə yayılır.
Belediyye.info