Zakatala rayon Muxax bələdiyyəsinin sədri Valeh Abdullayev Belediyye.infoya bildirib ki, “Bələdiyyə günü”nün təsis edilməsi bu sahədə calışan hər bir insanın ürəyincə olardı:
“Ona görə ki,ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz Ümummilli Lider Heydər əliyevin adı ilə bağlıdır. Heydər əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verilib.
Ümummilli liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa şurasının təklifləri nəzərə alınmaqla ölkəmizdə bələdiyyə institutu yaradıldı. Ümummilli liderimiz deyirdi, “bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərilərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir”.
Məhz ulu liderin tövsiyyəsi və xeyir-duası ilə formalaşan və fəaliyyətə başlayan bələdiyyələr artıq 18-ci ildir ki, yerliidarətmə qurumu kimi özünü təsdiq etməkdədir. Gündən-günə inkişaf edən Azərbaycanda “Bələdiyyə qulluqçularının peşə bayramı”nın təsis edilməsinə çox gözəl yanasıram. Ölkəmizdə bir çox sahələrdə çalışanların peşə bayramı günü qeyd olunur. Odur ki, Azərbaycanda bələdiyyə üzvlərinin, qulluqçularının da belə bir peşə gününün təsis olunması hər bir bələdiyyədə calışan insanların da ürəyincədır.”
Belediyye.info