"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyə qulluqçularının peşə bayramı təsis edilsinmi? –bələdiyyə üzvləri bu təklifi müdafiə edirlər

--2017-07-02 / 09:29

Hər bir peşə bayramı günü qeyd ediləndə bələdiyyə sistemi və bu sistemdə çalışan bələdiyyə qulluqçuları yada düşür. Çünki bu systemdə çalışanlar  belə bir  günü qeyd etmirlər.

Xatırladaq ki, hazırda ölkəmizdə formalaşn 1607 bələdiyyədə 15 min nəfərə yaxın bələdiyyə qulluçusu çalışır.

Bəs bu qədər insanın çalışdığı bir sahənin peşə bayramı günü niyə qeyd edilmir?

Ümumiyyətlə belə bir günün təsis edilməsi nə dərəcədə düzgündür?

Belediyye.info bu sualla bir sıra bələdiyyə sədr və üzvlərinə müraciət edib.

Tural Nəbiyev: (Füzuli rayonu  Horadiz şəhəri bələdiyyəsinin sədri)

“Öncə bu günlərdə peşə bayramlarını qeyd edən dövlət qulluqçularını  təbrik edirəm. Hər birimiz bu dövlətin qulluqçularıyıq. Belə bələdiyyə qulluqçularının peşə bayramının  təsis edilməsi bu sahədə çalışanların məsuliyyətini artıra bilər.

Səbinə Abdullayeva: (Xətai bələdiyyəsinin üzvü) “Bələdiyyə qulluqçularının peşə bayramının təsis  edilməsini məqbul sayıram”

Aysel əlizadə: (Binəqədi bələdiyyəsinin üzvü) “Yalnız bələdiyyə qulluqçuları deyil, üzvlər eləcə də müfəttişlər üçün peşə bayramının təsis edilməsinə ehtiyac olduğunu düşünürəm. Çünki sadaladıqlarımın hər birinin fəaliyyəti Bələdiyyələr üçün mühümdür.”

intizar Rzayeva: (Sabunçu rayon Ramana  bələdiyyəsinin sədri)

“Bələdiyyə qulluqçularının peşə bayramının təsis edilməsinə çox gözəl yanasaram. Ölkəmizdə bir çox sahələrdə çalışanların peşə bayramı günü qeyd olunur. Odur ki,

bələdiyyə qulluqçularının da belə bir peşe gününün təsis olunması ürəkaçan olardı”

 Belediyye.info

ŞƏRHLƏR