"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyə vergiləri nədir? , Bələdiyyə vergi və ödənişləri hara xərclənir? –BəLəDiYYə YENi LAYiHəYə START VERiB

--2017-05-18 / 12:27

"Bələdiyyə vergiləri nədir? , Bələdiyyə vergi və ödənişləri hara xərclənir? –adlı layihə çərçivəsində Binəqədi rayon Biləcəri bələdiyyəsinin “ictimai – humanitar” sektorunun təşəbbüsü və təşkilatçılığı ilə qəsəbənin 299 saylı məktəb-liseyində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Binəqədi rayon icra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Bələdiyyə Gəlirləri və Yerli Vergilər şöbəsinin müdiri Qorxmaz Cəfərov, bələdiyyənin ictimai – humanitar sektorunun rəhbəri Sevinc ilyasova, 299 saylı məktəbin direktoru Solmaz Kazımova, məktəb kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə  Maarifləndirici tədbirdə bələdiyyə vergiləri ilə bağlı Vergi Məcəlləsi ilə müəyyən edilmiş və bələdiyyə büdcəsinə ödənilməli vergi, ödənişlərlə əlaqədar maarifləndirici və təbliğat xarakterli geniş tərkibli  müzakirəlrə aparılıb.

Görüşdə bələdiyyə vergi və ödənişləri barədə ətraflı məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, verilən suallar cavablandırılıb.

Görüş iştirakçılarına bələdiyyə tərəfindən vergilərlə bağlı xüsusi hazırlanmış izahlı bukletlər paylanılıb.

Belediyye.info

 

ŞƏRHLƏR