“Gəncə-Qazax iqtisadi Rayonunda Yerli və Regional inkişafa Dəstək“ layihəsi çərçivəsində Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin dəstəyi, Gəncə və şəmkir regional ədliyyə idarələrinin təşkilatçılığı ilə bölgənin bütün şəhər və rayonlarının bələdiyyələri üçün silsilə təlimlər keçirib. Bu bardədə məlumat Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətindən daxil olub.
. Ağstafa, Qazax, Tovuz, şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Daşkəsən, Goranboy, Samux və Naftalan bələdiyyələri təlimlərdə fəal iştirak etmişdir. Təlimlərdə 260-dan çox bələdiyyə təmsilçisi iştirak etmişdir. Yaxın aylarda region bələdiyyələri üçün daha 3 aktual mövzuda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulur. Ümumilikdə layihə çərçivəsində 30-a yaxın təlimin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu layihə Avropa ittifaqı (Ai) tərəfindən maliyyələşdirilir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|