"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi layihə çərçivəsində ilk təlimi Abşeronda keçirib

--2017-10-17 / 04:38

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə  Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi (BFTiB) “Region bələdiyyələrinin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı  bilik və bacarıqların  inkişaf etdirilməsinə  yardım göstərilməsi”  layihəsi çərçivəsində Abşeron rayonunun mərkəzi Xırdalan şəhərində ilk təlim keçirib.

Qeyd edək ki, layihə çərçivəsində təşkilatın əsas fəaliyyəti  AR Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nına uyğun olaraq  Abşeron, şamaxı və Masallı  rayonlarında  kənd və qəsəbə bələdiyyələrinin fəaliyyətində şəffaflıq və hesabatlılığın artırılmasına yardım göstərilməsidir.

Təlimin təşkilində əsas məqsəd isə bələdiyyələrinin şəffaflıq və hesabatlılıq məsələləri, qanunvericilik, mövcud standartlar, Açıq Hökumət prinsiplərindən doğan öhdəliklər barədə bilik və bacarıqlarının artırılması idi.

Təlimdə Abşeron rayonunun 10 bələdiyyəsindən-bələdiyyə sədrləri, müavinlər  və qulluqçularından ibarət  30 nəfər, o cümlədən Abşeron RiH-in təmsilçiləri iştirak edib.

Təlimdə ilk sözü layihənin rəhbəri Könül Quliyeva açaraq “Bələdiyyələrin fəaliyyətinin təbliği”  ictimai Birliyi olaraq layihənin gedişindən, məqsəd və vəzifələrindən danışaraq, ölkəmizdə bələdiyyələrdə aparılan şəffaflıq prinsiplərindən danışıb.

Təlimdə BFTiB-nın ekspertləri Zaur ibrahimli və Mirəli Hüseynovun “Bələdiyyələrin şəffaflıq və hesabatlılıq məsələləri, qanunvericilik, mövcud standartlar” və “Eik davaranış qaydaları”   mövzularında təqdimatları olub. 

Ekspert Zaur ibrahimli çıxışında  Azərbaycan bələdiyyələrinin qarşılaşdığı problemlərin aradan qaldırılmasından, habelə vergi və ödənişlərin uçotunun aparılmasından, şəffaflığın təmin olunmasında Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən  istifadəyə verilən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS)  proqramının xüsusi əhəmiyyəti kəsb etdiyini qeyd edib. Ekspertin sözlərinə görə, 2016-cı  ilin  oktyabrından istifadəyə verilən proqramın bir sıra bələdiyyələr tərəfindən istifadəsində müəyyən çətinliklər olsa da, nəticə etibariylə az müddətdən sonra yerli özünidarəetmə orqanları onun bəhrəsini görəcək və fəaliyyətlərində hiss edəcəklər.

Ekspert həmçinin yerli vergi və ödənişlərin onlayn rejimdə daha geniş formatda  həyata keçirilməsi imkanlarının yaradılmasının Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında” həyata keçirilməsinin təmin edilməsi artıq nəzərdə tutulmuşdur.

Ekpertlərin təqdimatı iştirakçıların marağına səbəb  olub. Təlim prosesində iştirakçılara  mövzuya uyğun materiallar və bukletlər paylanılıb.

BFTiB-in layihə çərçivəsində növbəti təlimi Masallı və şamaxıda oktybarın 25 -27 keçiriləcəkdir.

Xatırladaq ki,  “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi 2010-cu ildə ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb. 2011-ci ildən başlayaraq Azərabycan bələdiyyə sisteminin inkişafı və qarşılaşdığı problemlərin həlliylə bağlı bir sıra ciddi layihələrə imza atıb.

Belediyye.info

ŞƏRHLƏR