Bələdiyyələrin daha səmərəli fəaliyyəti üçün milli qanunvericiliyin bizə verdiyi imkanlar daxilində yeni innovativ yollar axtarılmalı və mövcud yerli resusrlardan tam həcmdə istifadə olunmalıdır. Bunun üçün isə bələdiyyələrin müvafiq informasiya bazasına malik olması və peşəkar kadırların işə cəlb edilməsi vacib şərtlərdəndir.
Aparılmış təhlillər onu deməyə əsas verir ki, ölkə bələdiyyələrində yerli idarəetmənin təşkili prosesində müasir informasiya texnologiyalarının tətbiqi və eyni zamanda ixtisaslı kadrların işə cəlb edilməsi səviyyəsi heç də arzu olunan səviyyədə deyildir.
Bələdiyyələrdə elektron idarəetmə sisteminin tətbiqi yerli özünüidarəetmə orqanlarının statusu, miqyasları, hüquq və vəzifələri üzrə aparılan struktur, institutsional və sosial-iqtisadi, hüquqi islahatlarla paralel həyata keçirilməlidir. Büdcə proseslərinin təhlili və bu sahədə şəffalığın təmin edilməsi üçün xüsusi kompyuter proqramlarını tətbiq edilmədir.
Bu məqsədlə, burada qeyd olunduğu kimi ötən ilin fevral ayından başlayaraq, yerli vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması üçün Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanmış və ötən ilin oktyabr ayından başlayaraq respublikanın bütün bələdiyyələrində uğurla tətbiq edilməyə başlanmışdır.
BAMS-ın tətbiqini zəruri edən hallar;
- Bələdiyyə vergi tutma obyektlərinin vahid uçot bazasının mövcud olmaması,
- Uçotun kağız daşıyıcılarında pərakəndə formada aparılması,
- Operativ təhlil etmə imkanlarının olmaması,
- Bələdiyyələrin öz maliyyə imkanlarını səfərbər edə bilməməsi,
- Bələdiyyə vergilərinin yığılmasında şəffaflığın tam təmin edilməməsi,
- iKT sahəsində bələdiyyə orqanlarının fəaliyyətinin təmin edilməsi,
- Gələcəkdə iKT sahəsində “Elekrton bələdiyyə” strateji tədbirlər planının yaradılması olmuşdur ki, bir il ərzində BAMS-ın tətbiqi ilə görülmüş işlər;
- Bütün bələdiyyə orqanları bu informasiya sistemindən istifadə edə bilməsi,
- Ev təsərrüfatlarının və təsərrüfat subyektlərininməlumat göstəriciləri vahid bir sistemdə cəmlənməsi,
- Vergilərin hesablanmasında və ödənilməsində şəffaflıq təmin olunacaq,
- Bu sahədə məlumatların operativ təhlil etmə imkanları yaranacaq,
- Bələdiyyə vergi sahəsində inzibatзÑlÑq təkmilləÑŽməsi eləcədə BAMS-Ñn tətbiqi ilə qarÑŽÑda duran vəzifələr;
- Bələdiyyə vergilərinin alÑnmasÑnda maarifləndirmə iÑ”lərinin gÑŒcləndirilməsi,
- Bələdiyyə qanunvericiliyində aparÑlan dəyiÑŽikliklərə uyÑ€un olaraq, digər vasitələrlə bərabər ÐKT imkanlarÑndan istifadə etməklə bələdiyyə vergilərinin bələdiyyə bÑŒdcələrinə səfərbər edilməsinin avtomatlaÑŽdÑrÑlmasÑ,
- Bələdiyyə vergi sahəsində hÑŒquqi bazanÑn təkmilləÑŽdirilməsi məqsədilə təkliflərin verilməsi.
Proqramın tətbiqi ilə bağlı Milli Assosiasiyaya daxil olan müraciətlər onu deməyə əsas verir ki, proqram olduqca praktik olmaqla yanaşı, bələdiyyələrin vergi və maliyyə sahəsindəki fəaliyyətini xeyli dərəcədə təkmilləşdirməyə imkan yaratmışdır. Amma etiraf etməliyik ki, bir sıra bələdiyyələr lazımi məlumatları, əsasən də vergi ödəyiciləri, vergitutma obyektləri, bələdiyyənin gəlir və xərcləri ilə bağlı məlumatları vaxtında proqrama daxil etmirlər və ya daxil etməkdə çətinliklərlə üzləşirirlər. Araşdırmalar göstərir ki, əsas səbəblər sırasında ya kompütrlərin olmaması, ya internetə çıxışın məhdud olması, ya da ki, kompüter mütəxəssislərinin olmaması və ya onların baçarıqlarının lazimi səviyyədə olmamasıdır.
Hesab edirəm ki, tərəfimizdən maliyyə mənbələrimizin əsasını təşkil edən vergi və ödəniş ödəyicilərinin müəyyənləşdirilməsi, onlar barədə məlumatları dəqiqləşdirərək proqrama daxil edilməsi işində əsaslı dönüş yaratmaq üçün bələdiyyələr elektron informasiya resursları ilə və ixtisaslı, bacarıqlı kadrla təmin olunmalıdırlar.
Bir sözlə vergi və ödənişlərin büdcəyə daxil edilməsi istiqamətində mümkün olan bütün vasitələrdən istifadə etməklə və BAMS proqramının imkanlarından maksimum yararlanmaqla qarşıya qoyduğumuz məqsədlərə nail ola bilərik. Proqramla işəyən mühasiblərin və kompüter mütəxəssislərin ixtisaslarının artırılmasına da xüsusi diqqət verməliyik. Müvafiq məlumatların BAMS Proqramına düzgün və vaxtında daxil edilməsi işini təkmilləşdirmək üçün tərəfimizdən zona maarifləndirmə seminarların keçirilməsinə start verilmişdir və bu iş davamlı xarakter almalıdır.
Biz hesab edirik ki, ölkədə yerli özünüidarənin təkmilləşdirilməsinə, təşəkkülünə və daha da inkişaf etdirilməsinə, həmçinin bələdiyyələrin səlahiyyətlərinə aid olan yerli əhəmiyyətli məsələlərin həllinin sürətləndirməsinə hesablanmış, Azərbaycan Respublikası Prezidentinin imzaladıgı fərman və sərəncamlar,eləcə də Milli Məclis tərəfindən qəbul edilmiş digər qanunvericilik aktları hüquqi bazamızın daha da genişlənməsinə səbəb olmuşdur.
Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu,müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi” Qaydasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilməsi ölkə bələdiyyələrinə kadr siyasətində əsaslı dönüş yaratmaq öçün həm hüquqi təminat verir, həm də onlar üçün hüquqi öhdəliklər və məsuliyyət yaradır.
Biz ölkə bələdiyyələrinin təşkilati idarəetmə fəaliyyətini günün tələblərinə cavab verən səviyyədə qurmalı, idarəetmə qərarlarını yerli əhalinin mənafeyinə uyğun qəbul etməklə yanaşı həm də yerli problemlərin həlli ilə bağlı qəbul edilən həmin qərarları daha tez reallaşdıra bilən icra aparatının strukturunu tam formalaşdırmalıyıq. Daha peşəkar və idarəetmə bacarığı olan mütəxəssislər bələdiyyə qulluğuna qəbul edilməlidir. Bunun üçün isə yuxarıda qeyd etdiyim normativ hüquqi aktlar bu imkanları biz üçün yaratmışdır.
Qeyd etməliyəm ki, Milli Məclisin Regional Məsələlər Komitəsi bələdiyyə fəaliyyətini tənzimləyən qanun layihələrin mÑŒzakirəsi zamanÑ Milli Assosiasyalarla əməkdaşlarına daim lazımi diqqət ayırır.
Fürsətdən istifadə edib qeyd olunan qanunvericilik aktlarının qəbuluna və həmin qanun layihələrin müzakirəsində Bələdiyyələrin Milli Assosiasiyaların və bir sıra bələdiyyə nümayəndələrinin də iştirakını təmin etdiklərinə və verdiyimiz təkliflərin nəzərə alınmasına ğörə Milli Məclisin Regional məsələlər komitəsinin rəhbərliyinə və komitə üzvləri olan hörmətli millət vəkillərimizə bələdiyyələr adından dərin minnətdarləğımı bildirirəm.
Azərbaycan Respublikasının Seçki Məcəlləsi yasayış yeri üzrə seçiləcək bələdiyyə üzvlərinə təhsil səviyyəsi və idarəetmə bacarığı ilə bağlı heç bir məhdudiyyət müəyyən etməmişdir. Amma qeyd etdiyim bacarıqlar olmasa belə bələdiyyə üzvü öz konstutsion səlahiyyətlərini və vəzifələrini yerinə yetirməyə borcludur. Məhz bu nöqteyi – nəzərdən həm bələdiyyə üzvləri, həm də bələdiyyə qulluqçuları bələdiyyə idarəçiliyi üzrə təkmilləşdirmə kurslarında ixtisasını artirmali və bu sahədə ən zəruri bilikləri əldə edərək iş təcrübələrində tətbiq etməli , öz bələdiyyələrində idarəetməni mövcur qanunvericiliyin tələblərinə uyğun təşkil etməlidirlər.
Eyni zamanda bələdiyyələrin informasiya təminatını yaxşılaşdırmaq üçün müasir informasiya texnologiyalarından istifadə etməklə müxtəlif sistemlər işlənib hazırlanmalı və tətbiq olunmalıdır. informasiya texnologiyalarının tətbiqi bələdiyyələrdə təkcə texniki təchizat səviyyəsini qaldırmır, eyni zamanda onun idarəetmə sistemini təkmilləşdirir, daxil olan və xərclənən vəsaitlərə tam nəzarəti təmin edir, gələcək inkişaf strategiyasının qurulmasına yardımçı olur və ən əsası qurumun fəaliyyətində şəffaflığın əsasını qoyur.
Müasir informasiya – komunikasiya texnologiyalarından istifadə etməklə kompüterlərin tətbiqi bələdiyyələrin gündəlik fəaliyyətinin effektivliyini xeyli dərəcədə artırmaqla yanaşı, həm də idarəetmənin optimal seçim, ehtiyatların idarə olunması, kütləvi xidmət, həll strategiyasının seçilnməsi kimi yeni modellərinin qurulmasına imkan verir. Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, müasir informasiya texnologiyalarından istifadə olunması effektiv və çevik qərar qəbulu prosedurasının yaradılmasına və idarəetmə funksiyalarının genişləndirilməsinə geniş imkanlar yaradır.
Beləliklə, yerli özünüidarənin təşkili və idarəetmə qərarlarının qəbulu proseslərində müasir və mütərəqqi texnologiyaların tətbiqi, ümumilikdə bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsinə və idarəetmə keyfiyyətinin yuksəldilməsinə xidmət edir.
Seçicilərimizin etimadınının qazanılmasının yeganə yolu onları narahat edən yerli problemlrin həllindən, onlara yüksək xidmət göstərməkdən və gördüyümüz işlərin hesabatlılığından keçir. Bunu isə peşəkər kadırlarla və müasir idarəetmə texnologiyaların tətbiqi ilə reallaşdıra bilərik.
Hümbət Hüseynov
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri ,
Binəqədi rayonu Rəsulzadə bələdiyyəsinin sədri