(Nəsimi bələdiyyəsi tərəfindən 2022-ci ildə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında HESABAT)
Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Nəsimi rayonu Nəsimi bələdiyyəsi tərəfindən 41 ümumi iclas keçirilərək 556 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.
Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.
2022-ci il ölkəmizin və xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qaldı.
Bu ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələrdə çoxdur. 2022-ci ili şuşa ili elan edilmişdir. Bundan əlavə işğaldan azad olunmuş ərazilərdə abad və quruculuq işləri davam etdirilir.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.
Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun icra şöbələrinə 1123 - dən artıq şəxs barədə müraciət olunmuşdur. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 35801 vergi obyektləri mövcuddur.
Vergi ödəyiciləridən hesabat dövründə 7282 ödəyici vergiyə cəlb olunmuşdur
2022-ci il ərzində bələdiyyə büdcəsinə 1032542.25 manat gəlir daxil olmuş, xərclər 1025229.49 manat təşkil etmişdir. Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq vergisindən 3647,17 manat əmlak vergisindən- 699970,23 manat, torpaq icarəsindən 780,32 manat küçə,divar reklamının yerləşdirilməsinə görə 1092,66 manat mehmanxanalardan 216942,41 manat, avtodayanacaqlardan rüsum- 49580,00 manat,digər gəlirlərdən 529,46 dotasiyadan 60000,00 manat daxil olmuşdur. Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır. Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir. Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına 458778,90 manat, DSMF 83992,88 manat, bələdiyyənin saxlanmasına təsərrüfat mallarinin və inventarların alınması üçün 31413,60 manat, xidmət haqqının odəmilməsi üçün 33124,13 manat , kommunal və komunikasiya üçün 4996,28 manat, Nəsimi bələdiyyəsinin binasında işçilərin iş şəraitinin yaxşılaşdırılması üçün 1334,00 manat, rabitə və sair xərclərə görə 63992,01 manat , sosial yardımlar üzrə ödənişlər 57610,54 manat, mədəni - kütləvi bayram tədbirlərinin təşkili üçün 6142,20 manat, abadlıq, quruculuq təmir işlərinə 283844,95 manat xərclənmişdir.
ərazidə hesabat dövründə abadlıq, quruculuq işlərinin aparılmasına 283844,95 manatdan, 235128,85 manati inzibati ərazimizdə A.Bakıxanov, S.Vurğun, Mərdanov Qardaşları, Nəcəf bəy Vəzirov küçələrinin kəsişməsində yerləşən məhəllədə abadlıq , bərpa və təmir işlərinin aparılması üçün,6235,00 manat Cavadxan küçəsində yerləşən “izmit Dostluq Parkı”na süni qazon vurulmasına,100,00 manat parkın suvarılmasına,450,00 manat isə işıq plafonlarının dəyişdirilməsi üçün, 3127,00 Koroğlu parkına uşaq əyləncə avadanlıqlarının alınması üçün, 21312,10 manat N.şahbazov küşəsi 36 ünvanınıda asfalt örtüyünün salınması üçün,17492,00 manat S.Vurğun , Ak M.Mirqasımov,i.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsində yerləşən məhəllədə abadlıq , bərpa və təmir işlərinin aparılması üçün xərclənmişdir.
Nəsimi Bələdiyyəsinin təşkilatçılığı ilə “ 8 Mart Beynəlxalq Qadınlar Bayramı”nda qadın bələdiyyə üzvləri, bələdiyyə qadın qulluqçuları,bayram münasibətilə təbrik olunublar.”Novruz Bayramı”münasibəti ilə, rayon ərazisində yaşayan 300 sosial yardıma ehtiyacı olan ailələyə 16336,00 manat , “Ramazan” bayraminda 100 ailəyə 3928,00 manat, ”Qurban Bayramı” da 250 ailəyə 5500,00 manat bayram sovqatları təqdim edilmişdir.
“1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü”ndə rayon ərazisində şəhid və qazilərin uşaqları ilə birlikdə tədbir keçirilmiş onlara şirniyyat süfrəsi açılmış və hədiyyələr paylanmışdir.Bu məqsədlə 3571,00 manat ,”1 saylı Körpələr Evi” uşaq baxçasına sobaların alınması üçün 1628,40 manat vəsait ayrılmışdır.
3 dekabr “əlilliyi Olan insanların Beynəlxalq Günü” ilə əlaqədar 61 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlara 3362,14 manat, “Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il “bayramı münasibəti ilə 250 ailəyə 11655,00 manat bayram sovqatları təqdim edilmişdir. Bələdiyyə üzvlərinə mükafat verilmişdir.
Bundan əlavə AZ QARABAÄž MÜHARiBəSi ə.V.ş.A i.B 4500,00 manat maddi yardım göstərilmişdir.Bələdiyyəyə rayon ərazisində yaşayan xəstə,aztəminatlı ailələr tez-tez yardım üçün müraciət edir.Buna görə 66 nəfərə 7130,00 manat məbləğində yardım edilmişdirBələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir. Məlum olduğu kimi –yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 â„– -li Qərarına əsasən tədbirlər görülür. Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan daxil olmuş 614 müraciət, o cümlədən Nəsimi rayon icra Hakimiyyətindən 108 müraciətə əsasən müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası, Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı şəhəri icra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir. Nəsimi rayon Nəsimi bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır. Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş 614 müraciət qeyd edilən məsələlərə aid olub:
Arayışların verilməsi (vergi borcların olub-olmaması) 46
Torpaq sahələrinin olub olmaması barədə 136 Maddi yardım 68
Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna arayışlar 220
Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s 125
Sahibkarlıq fəaliyyəti barəsində 19
Müraciətlərin 517-i müsbət həll olunub
Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 324 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır. Bələdiyyə vətəndaşların və öz hüquqi maraqlarının müdafiəsi istiqamətində bir sıra işlər görmüşdür. Beləki, hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 672 məhkəmə işi hələdə davam edir.
Qeyd edirik ki, əmlak vergisi ödəməyən fiziki şəxslər barəsində məcburi icra tədbirlərinin görülməsinə dair tərəfimizdən 1055 ədəd qərar qəbul olunmuş, Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. Onlardan 383 ədəd qərar xitam olunmuş, 672 ədəd qərar isə icra olunmaqdadır.
Vətəndaşların müraciətləri ilə bağlı bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilmişdir.
Bələdiyyədə “qaynar xətt” də (telefon 440-50-71, 408-10-01) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edirlər.
Bələdiyyədə hesabat dövründə şəxsən sədr tərəfindən 25 nəfər, ümumilikdə isə 45 nəfər vətəndaş qəbul edilmişdir.
Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “ictimai-Humanitar Məsələləri sektoru” ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.
Nəsimi bələdiyyəsi bir çox tədbirlərdə iştirak etmişdir. Belə ki, 20 Yanvar -ümumxalq hüzn günü münasibətiylə şəhidlər Xiyabanı ziyarət olunmuşdur. 26 Fevral Xocalı faciəsinin 30-cu il dönümü barədə, 9 May Qələbə Günü, 10 May Ulu Öndər Heydər əliyevin anadan olmasının 99-cu il dönümü , 15 iyun Qurtuluş Günü, 26 iyun “Azərbaycan Respublikası Silahlı Qüvvələri günü“ münasibəti ilə bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.
31 Mart Soyqırımı Günü ilə əlaqədar, Azərbaycan Tibb Universitetində keçirilən tədbirdə iştirak edilmişdir..
27 Sentyabr “Anım Günü”, ilə bağlı olaraq, bələdiyyə qulluqçuları ilə birlikdə rayon ərazisində qeydiyyatda olan şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə mütəmadi görüşlər keçirilmişdir.
8 Noyabr “Zəfər Günü”, 9 Noyabr “Bayraq Günü” ilə bağlı olaraq, bələdiyyə qulluqçuları rayon ərazisində keçirilən bir sıra silsilə tədbirlərdə iştirak edilmişdir.
Nəsimi rayonu Nəsimi bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə çatdırır.
Nəsimi Bələdiyyəsi