"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Binagadi Oil Company” nazirlik tərəfindən cərimə edildi

--2017-08-24 / 20:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində yaşıllığın məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb. Bu barədə məlumatı adıçəkilən  nazirliyin rəsmi internet resursu yayıb. 

əraziyə keçirilən baxış zamanı Gənclər şəhərciyindəki yaşayış binasının qarşısındakı torpaq sahəsinin tikinti məqsədi ilə hasara alındığı, yaş köküstə 4 ədəd söyüd ağacının kökündən çıxarıldığı və 2 ədəd söyüd ağacının zədələndiyi məlum olub. 
Araşdırma zamanı sözügedən ərazinin “Binagadi Oil Company” şirkəti tərəfindən hasara alındığı aşkar edilib. 
Faktla bağlı işin icrasına cavabdeh olan “Binagadi Oil Company” şirkətinin nümayəndəsi Rauf Bayramov barəsində protokol tərtib olunub. Qanun pozucusu inzibati qaydada 4000 manat məbləğində cərimə edilib və təbiətə dəymiş ziyana görə 480 manat məbləğində ziyan tətbiq olunub. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün “Binagadi Oil Company” şirkətinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. 
Eyni zamanda tikintinin dayandırılması üçün Abşeron rayon Polis idarəsinə və “Binagadi Oil Company” şirkətinə müraciət olunub.

Belediyye.info

ŞƏRHLƏR