"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Böyük addımlarla təhsilli gələcəyə” sosial layihəsinə start verilib

--2018-09-29 / 06:28

Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyinin könüllü üzvləri tərəfindən “Böyük addımlarla təhsilli gələcəyə” sosial layihəsinə start verilib.

Layihə çərçivəsində tələbə gənclər abituriyent olmaq istəyən maddi durumu zəif olan ailələrin övladları üçün bütün qruplar üzrə hazırlıq dərsləri təşkil ediblər.

“Loqos” un Nərimanov filialında oktyabrın 1-dən başlayacaq dərslərə qeydiyyat davam edir.

Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyinin sədri Təranə Məmmədova könüllü gənclərdən ibarət müəllim komandası ilə görüş keçirib. Natiq bildirib ki, bu cür addımın gənclər tərəfindən həyata keçirilməsi olduqca müsbət haldır. T.Məmmədova qeyd edib ki, inanırıq ki, nəticə gözəl olacaq və tələbə olmaq istəyib lakin maddi durumu buna imkan verməyən ailələrin övladlarıda tələbə adını qazana biləcəklər.

 Görüşdə iştirak edən valideynlər könüllü gənclərə təşəkkürlərini bildiriblər.

   Qeydiyyat davam edir. 
📱Müraciət etmək üçün +994124969730 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
📍Ünvan: N.Nərimanov rayonu, Qarabağ küçəsi 71 A

Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyi

ŞƏRHLƏR