2018-ci ilin yanvar ayında Keşlə qəsəbəsindəki şəhidlər Xiyabanında 20 yanvar şəhidlərinin məzarları ziyarət edilmiş və bütün şəhidlər, o cümlədən aprel şəhidləri yad edilmişdir. Fevral ayında 201 saylı tam orta məktəbdə məktəblilərin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir.
Keşlə qəsəbə parkının abadlaşdırılması, orada səliqə-səhman yaradılması və müasir dövrün tələblərinə uyğun səviyyədə olmasına nail olmağa çalışmışıq. Bu məqsədlə 2018-ci ildə bələdiyyə büdcəsindən Keşlə parkının saxlanmasına 10560 manat vəsait ayrılmışdır. 201 saylı tam orta məktəbdə 31 mart azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş “31 mart – azərbaycanlıların soyqırımı günü tariximizin qanlı səhifəsidir” adlı inşa yazı müsabiqəsi keçirilmiş, qalib gələn şagirdlər mükafatlandırılmış və buna 260 manat xərclənmişdir.
Ümummilli lider Heydər əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Heydər əliyev Mərkəzinə qəsəbə ərazisində yerləşən 4 orta məktəbin şagirdlərinin ekskursiyası təşkil olunmuş və bu məqsədlə bələdiyyə büdcəsindən 200 manat məbləğində vəsait xərclənmişdir. Keşlə qəsəbəsinin sakini M.Ağayev küçəsi ev 19/1 ünvanda yaşayan Sosialist əməyi Qəhrəmanı Məmmədov Hümmət Musa oğlu ilə 90 illik yubileyi münasibətilə görüş keçirilmiş və hədiyyə verilmişdir.
Novruz, Ramazan və Qurban bayramlarında şəhid ailələrinə, əlillərə və aztəminatlı ailələrə, ümumilikdə 400 nəfərə ərzaq yardımı verilmiş, bu məqsədlə bələdiyyə büdcəsindən 1200 manat pul vəsaiti xərclənmişdir.
26 iyun Silahlı Qüvvələr günü münasibətilə bələdiyyənin binasında Qarabağ müharibəsi veteranları ilə gənclərin görüşü keçirilmişdir. iyun ayında qəsəbədəki xeyir-şər evində imkansızlara, şəhid ailələrinə və əlillərə, cəmi 600 nəfərə Ramazan ayı münasibətilə millət vəkili Rövnəq Abdullayevin dəstəyi ilə iftar süfrəsi verilmişdir.
Keşlə qəsəbəsindəki şəhidlər Xiyabanındakı təmir işlərinə 380 manat vəsait xərclənmişdir.Keşlə qəsəbə sakini, H.Cavid küç., ev 15 ünvanda yaşayan II qrup əlil Nəbiyeva Sona Həsən qızına evinin dam örtüyü köhnə və yararsız olduğu üçün onun dəyişdirilməsinə kömək məqsədilə 50 ədəd şifer və 50 metr (5x4 ölçüdə) reykanın alınması üçün 460 manat məbləğində pul vəsaiti verilmişdir.
201 saylı tam orta məktəbin müəllimi Xəlilova Afət Mürşüd qızına Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “əməkdar müəllim” fəxri adı alması münasibətilə 100 manat məbləğində pul mükafatı verilmişdir.
Keşlə qəsəbəsi ə.əzimzadə küç., ev 23/26 ünvanda məskunlaşmış məcburi köçkün Cabbarova şahnaz Mürsəl qızına ərizəsinə əsasən evinin mətbəx və vanna otağının təmiri üçün 200 manat məbləğində vəsait verilmişdir. 9 noyabr – Dövlət Bayrağı gününə həsr olunmuş “Bayraq – kimliyim, bayraq – mənliyim” adlı inşa yazı müsabiqəsi Nizami rayonu 227 saylı tam orta məktəbdə keçirilmiş, qalib gələn şagirdlərə pul mükafatı, fəxri fərmanlar təqdim edilmiş və bu məqsədlə bələdiyyənin büdcəsindən 230 manat məbləğində vəsait ayrılmışdır.
Bundan başqa tərəfimizdən müxtəlif ünvanlarda yaşayan Keşlə qəsəbə sakinlərinin evləri üçün təhlükə yaradan, qəzalı vəziyyətdə olan ağacların kəsilməsi ilə əlaqədar olaraq Bakı şəhəri icra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi idarəsinə müraciət edilmişdir. 2018-ci ildə 21 nəfərə ümumilikdə 2100 manat məbləğində maddi yardım verilmişdir. 2018-ci ildə bələdiyyəyə 420 ərizə və 59 məktub daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 96 məktub göndərilmiş, 67 nəfərə arayış verilmişdir. Bütün ərizə və məktublara operativ müsbət cavab verilmişdir. 128 əsgərin məzuniyyət biletinə müvafiq qeydlər edilmişdir.
Keşlə qəsəbə sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq I Köndələn küçəsindəki boş, baxımsız sahənin abadlaşdırılması üçün bələdiyyə büdcəsindən 6452 manat vəsait xərclənmişdir. Belə ki, yaşlı nəslin nümayəndələrinin rahatlığı üçün ora skamyaların və besedkaların qoyulması, çox sayda ağacların budanması, yerə daş örtüyünün döşənməsi, əlavə olaraq gül kollarının əkilməsi, azyaşlı uşaqlar üçün əyləncəli oyuncaqların və karusellərin qurulması, hasarın malalanması və s. işlərin görülməsi nəzərdə tutulmuşdur. Hal-hazırda işlərin böyük hissəsi görülmüş, qalan işlər də tamamlanmaq üzrədir.
Keşlə bələdiyyəsi bundan sonra da öz işini günün tələbləri səviyyəsində qurmağa çalışacaq və qəsəbəmizin daha da abadlaşdırılması üçün imkan daxilində əlimizdən gələni əsirgəməyəcək.
ə.Bafadarov
Nizami rayonu Keşlə bələdiyyəsinin sədri