"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“əbədiyaşar-Lider Heydər əliyev” mövzusuna həsr olunmuş şer müsabiqəsi keçirildi

--2019-05-07 / 18:05

 Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər əliyevin anadan olmasının 96   illiyi ilə əlaqədar, 07 may 2019-cu il tarixdə Mərdəkan qəsəbəsindəki S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdləri arasında “əbədiyaşar-Lider Heydər əliyev” mövzusuna həsr olunmuş şer müsabiqəsinə yekun vurulmuşdur.

Heydər əliyev həqiqi mənada ideal şəxsiyyət idi. Ulu Öndər bütün varlığını, həyatını və hamı üçün örnək olan siyasi fəaliyyətinin mənasını xalqına xidmətdə görürdü. Onun ən böyük xidməti isə, Azərbaycan xalqına özü qədər inandığı, layiqli siyasi davamçısı cənab ilham əliyev kimi bir dövlət başçısını bəxş etməsidir. Bu gün Azərbaycanın siyasi mənzərəsi stabildirsə, dinamik inkişaf bütün sahələrdə hiss olunursa, bu yalnız Ulu Öndər Heydər əliyevin layiqli davamçısı Prezident ilham əliyevin gərgin zəhmətinin bəhrəsidir. Ulu Öndər tarixi şəxsiyyət kimi təkcə əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları ilə də insanların qəlbinə yol tapmışdır.

Sonda şer müsabiqəsinin qalibləri Mərdəkan bələdiyyəsinin sədr müavini Sevil Mansurova tərəfindən “Diplom”la mükafatlandırıldılar.

Xəzər rayonu Mərdəkan bələdiyyəsi 

         

ŞƏRHLƏR