"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Ebru-rənglərin su üzərində rəqsi” –Binəqədi bələdiyyəsi təşkilatçılar sırasındadır

--2018-07-16 / 10:08

YAP-ın Binəqədi rayon təşkilatının, Binəqədi Bələdiyyəsinin təşkilatçılığı ilə YAP-ın fəalı, Binəqədi bələdiyyəsinin üzvü Aysel əlizadənin “Ebru-rənglərin su üzərində rəqsi” layihəsi həyata keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, bələdiyyə üzvləri, qulluqçuları, “Yeni Azərbaycan” qəzetinin əməkdaşı , Ebruzən Sevinc əliyeva və rayonun fəal gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Prezident ilham əliyevin gənclər siyasətinin və rayon rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq bu cür layihələrin sayının daha da artdığını və YAP Binəqədi rayon Təşkilatının gənclərin istənilən maraqlı təkliflərinə təşkilati dəstək verdiyini söyləyib.
Sonra çıxış edən layihə rəhbəri Aysel əlizadə dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasəti, layihənin məqsəd və vəzifələri barədə məlumat verdi. Layihəni həyata keçirmək üçün yaradılan şəraitə görə YAP Binəqədi Rayon təşkilatına və Binəqədi Bələdiyyəsinə təşəkkür edib. 
Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı çıxış edərək son illər bələdiyyənin həyata keçirdiyi çoxsaylı layihələrdən danışıb. Eləcə də Binəqədi bələdiyyəsinin üzvlərinin təşəbbüslərinə dəstək verdiyini vurğulayıb.

Sonda çıxış edən Yeni Azərbaycan qəzetinin əməkdaşı, Ebruzən Sevinc əliyeva “Ebru” sənətinin tarixi, mənşəyi bardə məlumat verərək prosesin tamamilə təbii materiallar əsasında həyata keçirildiyini, qatışdırılmış su üzərində aparıldığını və boyaların torpaqdan hazırlandığını vurğuladı. Daha sonra “Ebru” sənəti layihə iştirakçılarına əyani şəkildə göstərildi və tək-tək öyrədildi. Ebruzən Sevinc əliyeva gəncləri maraqlandıran suallara cavab verdikdən sonra layihədə iştirak etmiş gənclər sertifikatlarla təltif olundular.

Belediyye.info

ŞƏRHLƏR