"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“əhatəli və davamlı şəhər idarəçiliyində özəl sektorun iştirakı” mövzusunda təlimlər keçirilmişdir

--2021-02-18 / 05:37

Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Türk Dünyası Bələdiyyələr Birliyinin təşəbbüsü ilə 25 bələdiyyənin nümayəndələri üçün “əhatəli və davamlı şəhər idarəçiliyində özəl sektorun iştirakı” mövzusunda 2 günlük təlim proqramı təşkil edilmişdir. Tədbir BMT inkişaf Proqramının istanbul Beynəlxalq Özəl Sektor və inkişaf Mərkəzinin tərəfdaş təşkilatları ilə birgə təşkil edilmişdir. Mərkəzin direktoru Sahba Sobhani, BMT inkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Fahri Solak, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev açılış nitqində tədbirin mahiyyəti barədə danışdılar və beynəlxalq təşkilatın xətti ilə bu layihənin uğurla aparıldığını və Azərbaycan bələdiyyələri üçün çox faydalı bir maarifləndirmə proqramı olduğunu bildirdilər.

Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev 25 bələdiyyəmizin təmsilçiləri adından tədbirin təşkilatçıları olan beynəlxalq təşkilatların nümayəndələrinə minnətdarlığını bildirdi və gələcəkdə bələdiyyələrimiz üçün belə layihələrin zəruriliyini qeyd etdi.

Milli Assosiasiyanın icraçı katibi Tofiq Həsənov Azərbaycanda yerli özünüidarəetmənin inkişaf mərhələləri və mövcud vəziyyəti barədə çıxış etdi.

Sonra beynəlxalq təcrübəyə əsaslanmaqla inkişafda özəl sektorun dəstəyinin reallaşması istiqamətlərində təqdimatlar oldu. BMT inkişaf Proqramının istanbul Beynəlxalq Özəl Sektor və inkişaf Mərkəzinin nümayəndəsi Aslihan Albostan, Boğaziçi Universiteti Məzunlar Dərnəyinin üzvü Uğur Karahan, Eskişehir Anadolu Universitetinin professoru Necdet Sağlam və digər təlimçilər şəhər idarəçiliyində özəl sektorun iştirakı, bələdiyyə müəssisələrinin yaradılması, maliyyələşməsi və başqa mövzularda çıxışlar etdilər. Qardaş Türkiyənin və digər ölkələrin təcrübəsindən çıxış edərək bələdiyyə ərazisində müxtəlif profilli müəssisələr, effektiv invesisiyaların cəlb edilməsi yolları barədə məlumatlar verildi.

Müzakirələr zamanı Sumqayıt, Mingəçevir, Bakı şəhərinin Binəqədi bələdiyyələrinin iş təcrübəsindən danışıldı. Daha sonra isə təlimçilər tərəfindən iştirakçıların sualları cavablandırıldı.

ŞƏRHLƏR