"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“əmlakınızı icbari siğorta edin”- Bələdiyyə sədri təkilf verib

--2016-11-06 / 19:47

Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov normadan artıq yağan intensiv yağışlar zamanı ərazidə olmuş, əhali ilə sıx görüşlər keçirmişdir. Bu barədə məlumatı Binəqədi rayon Xocasən bələdiyyəsi yayıb.

 Subasmış yolların, evlərin sudan təmizlənməsi işləri ilə yanaşı bələdiyyə sədri sakinlərə, ağsaqqallara, gənc nəsilə dəm qazlarından ehtiyatlı olmağı və tüstü bacalarını mütamadi olaraq yoxlamağı, təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə etmişdir.

Xüsusi ilə qeyd etmişdir ki, standartlara uyğun olmayan qızdırıcı cihazlardan istifadə etməsinlər.

 Bununla yanaşı vətəndaşlara məsləhət edilmişdir ki, daşınmaz əmlaklarını icbari suğorta etsinlər. Gələcəkdə baş verə biləcək hər hansı təbii fəlakət zamanı öz əmlaklarını suğortalamış olsunlar.

Belediyye.info

ŞƏRHLƏR