Binəqədi rayon Binəqədi Qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva yeni ilin ilk iş günündə sosial şəbəkədə maraqlı status paylaşıb. Bələdiyyə sədrinin fikirlərinui oxucularımızın diqqətinə çatdırırıq.
“ Sabahınız xeyirli olsun, dostlar.
Bu gündən etibarən yeni ilin ilk iş həftəsidir, günüdür...
Qarşıda bizi uzun bir yol gözləyir. Bu yolda təbii ki, rahat gedəcəyimiz anlar olacaq, büdrəyəcəyik, yayda soyuq qışla, qışda yay istisi ilə qarşılaşacayıq...
Bir zaman yanımızda olanlar, bir də baxacayıq ki, bizdən uzaqdadırlar...
Bizə yad insanlara qucaq açacayıq...
Həyatın min bir sınağına çəkiləcək, bundan dərs alacaq, yorulacaq, hətta üsyan edən anlarımız olacaq...
Amma ən əsası yolun sonunda işığın olmasına inanmağımızdır. Ruhdan düşməmək və doğru hədəfə yürümək...
Haqqı itirməmək, xəyanət etməmək, nəfsimizə qalib gəlmək, böyük yeri bilmək, tanımaq, hörmət etmək...
Bax, bu zaman bu ilin sonunda geriyə boylanarkən, başımız uca, üzümüz ağ olacaq!
Nə deyirəm, başladıq...
Yolçu yolunda gərək!”