Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi "ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması" mövzusunda keçirilən layihə çərçivəsində 05 oktyabr 2022-ci il tarixində Tovuz şəhər bələdiyyəsində bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla müzakirə edilib.
Görüşdə Tovuz şəhər bələdiyyəsinin sədr müavini Firdövsi Fəttahov, bələdiyyənin komissya sədri Nazim Süleymanov, bələdiyyənin hüquqşünası Elnur əliyev və vergi müfəttişi Ülvi ibrahimov iştirak ediblər.
Görüşü giriş sözüylə açan “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli (Cəfərov) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması” mövzusunda keçirilən layihənin icrasına sentyabrın əvvəlindən başlanıldığını qeyd edərək, bu müddət ərzində bələdiyyələrdə sorğu keçirilmiş, o cümlədən bir sıra təhlil və araşdırma aparılmış və Tovuz rayonunda formalaşan 41 bələdiyyə sədrinin iştirakıyla genişməzmunlu görüşün keçirildiyini bildirib.
Görüşdə "ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması" mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sədr müavini F.Fəttahov bələdiyyə tərəfindən bu sahədə həyata keçirilən layihələrdən danışaraq, bələdiyyədə mövcud ekologiya komissiyasının fəaliyyəti barədə məlumat verib.
F.Fəttahovun sözlərinə görə, bələdiyyənin maliyyə problemləriylə üz-üzə qalması bir çox hallarda ekoloji layihələrin icrasına maneə yaradır. Ötən il bələdiyyənin əmlak vergisindən 41.893 manat, torpaq vergisindən isə 9.720 manat maliyyə vəsait əldə edib. Cari ilin doqquz ayı ərzində bələdiyyə 26.795 manat əmlak vergisi, 5537 manat torpaq vergisi toplaya bilib. Bu gün bələdiyyənin əsas məqsədi əlavə maliyyə vəsaiti cəlb etməklə istər ətraf mühitin qorunması, istərsə də ekoloji problemlərin həllinə yönəlik layihənin icrasını daha sürətlə davam etdirməyə çalışmaqdır.
Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Belediyye.info