Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bərdə rayonunda 10 oktyabr 2017-ci il tarixindən 10 yanvar 2018-ci il tarixinədək həyata keçirilən “Evimiz Yaşıl Olsun! ” layihəsinin icrası uğurla davam edir. Bu barədə məlumatı layihə rəhbəri Nicat əhmədov verib.
Layihədə iştirak edəcək yeniyetmə və gənclərin seçim prosessi uğurla başa çatmışdır. Seçim mərhələsinə dəvət olunan qonaqlar, Bərdə rayon Gənclər və idman idarəsinin rəis müavini Aydın Qasımov, Bərdə Dövlət idarəetmə və Texnologiya Kollecinin müəllimi aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, Bərdə rayon Uşaq-Gənclər inkişaf Mərkəzinin ekoloji tərbiyyə və təcrübəçilik şöbəsinin əməkdaşı Aynur Məmmədova doğma vətənimiz Azərbaycanın, eləcə də Bərdə rayonun təbiəti , ekoloji problemlər layihədə haqqında layihədə iştirak edəcək yeniyetmə və gənclərə ətraflı müəlumatlar verilmişdir.
Layihədə iştirak edəcək yeniyetmə və gənclərə Azərbaycan Gənclər Fondunun yaranma tarixi, fondun fəaliyyəti haqqında, həmçinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Evimiz Yaşıl Olsun!” layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlər, layihənin məqsəd və vəzifələri haqqında layihə rəhbəri Nicat əhmədov, fəal gənclərdən olan Pərvin əhmədova, Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrində dəfələrlə uğur qazanmış Namaz Kərimov tərəfindən ətraflı mülumatlar verilmişdir.
Belediyye.info
|
|
|
|
|
|
|