"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Fəxri fərman” alanlar arasında bələdiyyə sədri də var

--2018-09-19 / 18:20

YAP Xəzər rayon təşkilatının yaradılmasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi şurasının üzvü Namiq əhmədov bildirib ki, Ulu öndərimiz Heydər əliyevin yaratdığı YAP ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib.

Onun sözlərinə görə, YAP Ulu öndər Heydər əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu fəaliyyət bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər əliyevin əməllərini yaşadacaq, Heydər əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq”. Tədbirdə Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Səyavuş Novruzov, Milli Məclisin üzvü Rauf əliyev və Xəzər RiH başçısı Gülağa islamov çıxış edərək bildiriblər ki, YAP-ın qurucusu, Ulu öndər Heydər əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı.

Natiqlərin sözlərinə görə, YAP siyasi təşkilat kimi, əslində, Azərbaycan xalqının sosial sifarişindən meydana çıxan bir partiyadır: “inanırıq ki, Prezident ilham əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olacaqdır”

Tədbirin sonunda partiyanın bir qrup fəalına “Fəxri fərman” və döş nişanı ilə təltif ediliblər.

Bu sırada isgəndər Mustafayev, ənvər Mustafayev, ilham islamov, ilham Sadıqov, Pərvanə Hüseynova, Vəfa Seyidova, Gülbala Qurbanov, Jalə əhmədova və Yaşar Novruzov da vardır.

Onu da əlavə edə ki, təltif edilənlər arasında Xəzər RiH başçısı Gülağa islamovun oğlu ilham islamovda vadır. Hazırda ilham islamov YAP Xəzər təşkilatının sədr müavini olmaqla yanaşı, həmdə şüvəlan bələdiyyəsinin sədridir.

Belediyye.info

ŞƏRHLƏR