Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Nigar isgəndərlinin rəhbərliyi ilə həyata keçirilən “Gənclər ekologiyanı qoruyur” adlı layihə yekunlaşmışdır. Bu barədə məlumatı Belediyye.infoya özü məlumat veib.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərə ətraf mühitin düzgün şəkildə qorunmasına dair dolğun biliklərin aşılanması, eləcə də əldə etdikləri bilik və təcrübələri başqaları ilə bölüşmələrinə zəmin yaratmaqdır.
Mingəçevir şəhərində həyata keçirilən layihə çərçivəsində 3 təlim keçirilmişdir ki, burada da gənclər və ətraf mühit, ekoloji tarazlıq, təkrar istesalat ilə bağlı məlumatlar verilmişdir. Layihədən öncə və sonra edilən qiymətləndirmə prosesi layihə iştirakçılarının mövzu ilə bağlı biliklərinin müsbət yöndə dəyişdiyini göstərmişdir.
Layihə iştirakçılarının daha sonra yaşadıqları icmalarda və ya təhsil aldıqları müəssisələrdə əldə etdikləri biliklərin digər gənclərə çatdırılması yönündə edilən fəaliyyətlərinə dəstək verilmişdir.
Layihə iştirakçıları qeyd edilən mövzu üzrə fəaliyyətlərin və ya layihələrin davamlı olmasını istəmişlər. Layihə rəhbəri Nigar isgəndərli də Gənclər Fondunun gələcəkdə elan edəcəyi müsabiqəyə bu yöndə layihə ilə müraciət edəcəyini və əsas məqsədin ətraf mühitin qorunması istiqamətində digər regionlardan olan gənclərin də səfərbər edilməsini olduğunu vurğulamışdır.
Belediyye.info